Məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinin aparılmasına başlanılır.
Bu barədə Yeniera.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat əldə edib.
Belə ki, qurumun Tikilməkdə olan Müəssisələr Müdiriyyəti bununla əlaqədar hazırlıqları başa çatdırıb.
Məlumata əsasən, təmir işlərinin Bakı, Sumqayıt şəhərləri, İsmayıllı, İmişli, Bərdə, Beyləqan və Qax rayonları ərazisində aparılması nəzərdə tutulub.
Sözügedən işlərin icrasıba 525 min 555 manat vəsait sərf olunacaq. Təmir işlərini “Eracon” şirkəti həyata keçirəcək.

