Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Paşinyan iki il sonra Azərbaycana səfər etmək istəyir
  • Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi
  • Kallas sabah Azərbaycana gəlir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Bu şəxslərin pensiyası ikiqat artacaq! – ŞAD XƏBƏR

Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR

İqtisadiyyat Ariz Əhədov04.05.2026 - 10:31
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu proses 1 milyon 100 mindən çox vətəndaşı əhatə edib”.

Yeniera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

Deputat deyib ki, bu il işləyən pensiyaçıları daha fərqli və sərfəli mexanizm gözləyir. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxslərin pensiyası sonradan topladıqları kapital əsasında 6 ildən sonra yenidən hesablanır.

Deputat izah edib ki, bu zaman vətəndaşın fərdi hesabında toplanan məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınır və həmin məbləğ 72-yə bölünərək pensiyaya əlavə olunur. Bu isə ciddi artım deməkdir.

Vüqar Bayramov vurğulayıb ki, 2026-cı ildə işləyən pensiyaçılar üçün ikiqat artım imkanı yaranır. Belə ki, əvvəlcə onların pensiyası 9,3 faiz indeksləşdirilir, daha sonra isə 6 illik iş müddəti tamam olanlar üçün əlavə yenidən hesablanma tətbiq edilir.

Deputat konkret nümunə də açıqlayıb. Belə ki, əgər vətəndaşa 2020-ci ilin mayında 800 manat pensiya təyin olunubsa və o, işləməyə davam edibsə, 2026-cı ildə onun pensiyası əvvəlcə indeksasiya nəticəsində 74,4 manat artırılır. Daha sonra 6 il ərzində toplanmış 25 200 manat pensiya kapitalı 72-yə bölünərək əlavə 350 manat hesablanır.

Nəticədə həmin şəxsin aylıq pensiyası 1224,4 manata yüksəlir.

İqtisadçının sözlərinə görə, bu mexanizm işləyən pensiyaçıların sosial rifahının artırılmasına xidmət edir və onları əmək fəaliyyətini davam etdirməyə stimullaşdırır.

Bənzər Xəbərlər

04.05.2026 - 12:40Ariz Əhədov

Paşinyan iki il sonra Azərbaycana səfər etmək istəyir

04.05.2026 - 12:22Ariz Əhədov

Kallas sabah Azərbaycana gəlir

04.05.2026 - 12:17Ariz Əhədov

Həkim olmayan Bünyamin Hüseynov yenidən fəaliyyət başladı? Estetik əməliyyatları hansı qiymətə edir…-Videofakt

04.05.2026 - 11:52Ariz Əhədov

Moskvada dron binaya çırpıldı 

04.05.2026 - 11:05Ariz Əhədov

Antalyada dünya liderləri bir araya gələcək - FOTOLAR

04.05.2026 - 11:00Ariz Əhədov

Evdə it-pişik saxlayanların nəzərinə!

04.05.2026 - 10:44Ariz Əhədov

Azərbaycanda ŞOK: 79 nəfər zəhərləndi, 5 nəfər ÖLDÜ

04.05.2026 - 01:40Ariz Əhədov

4 mayda bizi nələr gözləyir?   —  BÜRCLƏR

04.05.2026 - 01:27Ariz Əhədov

Ailə başçısını itirməyə görə pensiya almaq istəyənlərin NƏZƏRİNƏ!

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 301

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 086

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 961

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 177
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.