Naxçıvan Dövlət Universitetində də kadr dəyişikliyi baş verib.

Yeniera.az xəbər verir ki, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, sabiq deputat Aidə Cəlilzadə tutduğu vəzifədən azad edilib.

Məlumata görə, Cəlilzadə uzun illər Naxçıvanda əvvəlki idarəçilik sistemi dövründə müxtəlif vəzifələrdə çalışıb. O, həmin dövrdə Vasif Talıbovun etimad göstərdiyi şəxslərdən biri kimi parlamentə deputat seçilib və daha sonra NDU-da prorektor vəzifəsinə təyin olunub.

İddialara əsasən, onun vəzifədən uzaqlaşdırılmasında elmi fəaliyyəti ilə bağlı məsələlər də rol oynayıb.

Bildirilir ki, ixtisas uyğunsuzluğu səbəbindən elmi dərəcə əldə edə bilməyib və əvvəlki dövrdə mövcud olduğu deyilən güzəştlərdən bu dəfə yararlanmayıb.

Cəlilzadənin vəzifədən azad edilməsi Naxçıvanda son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri çərçivəsində baş verən növbəti dəyişiklik kimi təqdim olunur.///NOCOMMENT.az

Exit mobile version