Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və ABŞ prezidentlərinin görüşü yeri kimi Budapeştin seçilməsini uğurlu məkan hesab etmir.
Yeniera.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
“Düşünmürəm ki, Budapeşt bu görüş üçün ən yaxşı məkandır. Çünki söhbət Macarıstandakı seçkilərdən yox, Ukraynadakı sülhdən gedir”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, İsveçrə, Avstriya, Vatikan, Səudiyyə Ərəbistanı, Qətər və ya Türkiyə kimi bir çox digər layiqli variantlar var. Siyasətçi əlavə edib ki, Macarıstanın baş naziri ukraynalılar üçün müsbət heç nə edə bilmir.
Yeganə

