Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Türkiyə Gümrü üzərindən də uçuşlara başlaya bilər”
  • Estetik əməliyyatlarla 7 il gizlənə bildi – Foto
  • Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Ceyhun Bayramov TDT-nin XİN Şurasının iclasında çıxış etdi

Ceyhun Bayramov TDT-nin XİN Şurasının iclasında çıxış etdi

Siyasət Ariz Əhədov07.03.2026 - 21:04
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

zərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.

YENİERA.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov çıxışında, TDT-nin son illər siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional bağlantıların gücləndirilməsi istiqamətində dinamik və təsirli əməkdaşlıq platformasına çevrildiyini qeyd edib.

Artan geosiyasi gərginliklər, beynəlxalq təhlükəsizlik mühitində yaşanan qeyri-müəyyənlik və qlobal təchizat zəncirlərində baş verən pozuntular fonunda TDT çərçivəsində həmrəylik və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Bu məqsədlə, TDT üzv dövlətləri arasında sadalanan çağırışlarla mübarizədə məlumat mübadiləsinin gücləndirilməsi, institutlararası koordinasiyanın artırılması və birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Beynəlxalq və regional təhlükəsizlik mühitinə toxunularaq, Yaxın Şərqdə baş verən son hadisələrin və hərbi eskalasiyanın ciddi narahatlıq doğurduğu diqqətə çatdırılıb.

İran ərazisindən Türkiyənin ərazisini hədəf alan raket hücumu və Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumlarının təhlükəli eskalasiya aktları olduğu vurğulanaraq, bu qəbildən hərəkətlər qətiyyətlə pislənilib.

İran tərəfinin baş verən hadisələri hərtərəfli araşdırması, cavabdeh şəxsləri məsuliyyətə cəlb etməsi və bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görməsinin gözlənildiyi qeyd olunub.

Fələstin münaqişəsi və Qəzza bölgəsindəki vəziyyət kontekstində, Azərbaycan tərəfindən məsələnin beynəlxalq hüquq və müvafiq BMT qətnamələrinə əsaslanaraq iki dövlət prinsipi əsasında həlli variantının dəstəkləndiyi bir daha vurğulanıb.

Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindən danışan nazir, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdən sonra regionda davamlı sülhün əldə olunması üçün tarixi imkanın yarandığını bildirib.

TDT çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinə toxunularaq, Azərbaycan sədrliyinin Təşkilatın institusional potensialının gücləndirilməsinə xüsusi diqqət yetirdiyi bildirilib. Bu kontekstdə, TDT-nin ötən il Qəbələ şəhərində keçirilmiş 12-ci Zirvə Görüşündə dövlət başçıları tərəfindən təsis edilmiş “OTS+” formatının əhəmiyyəti vurğulanıb. Sözügedən mexanizmin nəqliyyat dəhlizləri, logistika, enerji təhlükəsizliyi, ticarət, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi sahələrdə TDT ilə qeyri-üzvü ölkələr və beynəlxalq təşkilatlar arasında layihə əsaslı əməkdaşlığın genişləndirilməsi üçün çevik platforma yaradacağı diqqətə çatdırılıb.

Cari ilin birinci yarısında keçiriləcək mühüm tədbirlərdən bəhs edilərək, Təşkilata sədrliyi çərçivəsində Azərbaycanın 2 aprel 2026-cı il tarixində TDT Baş nazirləri/Vitse-prezidentlərinin ikinci görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Bundan əlavə, cari ilin 17-19 aprel tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumunun, may ayında Qazaxıstanın Türkistan şəhərində təşkili planlaşdırılan TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşünün, eləcə də Bakıda təşkil olunacaq Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş yubiley tədbirinin ölkələrimiz üçün əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, cari ilin may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) TDT üzv dövlətlərinin fəal iştirakı ilə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub.

Nazir Ceyhun Bayramov çıxışının yekununda Türk dünyasına yaxınlaşmaqda olan Novruz və Ramazan bayramları münasibətilə təbriklərini çatdıraraq, qardaş xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıb.

Tədbirdə bir sıra məsələr ətrafında fikir mübadiləsi aparılıb və yekunda Yaxın Şərqdəki son inkişaflarla bağlı Nazirlərin Birgə Bəyanatı qəbul edilib.

Bənzər Xəbərlər

18.04.2026 - 15:15Ariz Əhədov

“Türkiyə Gümrü üzərindən də uçuşlara başlaya bilər”

18.04.2026 - 15:00Ariz Əhədov

Estetik əməliyyatlarla 7 il gizlənə bildi - Foto

18.04.2026 - 14:42Ariz Əhədov

Bazar günü 25 dərəcə isti olacaq

18.04.2026 - 14:30Ariz Əhədov

Paytaxtın məşhur hospitalında ÖLÜM

18.04.2026 - 14:13Ariz Əhədov

Bu iki qurum birləşdirildi

18.04.2026 - 14:00Ariz Əhədov

Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır

18.04.2026 - 13:25Ariz Əhədov

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

18.04.2026 - 12:40Ariz Əhədov

General Müşfiq Məmmədov buna görə İŞDƏN ÇIXARILIB

18.04.2026 - 12:37Ariz Əhədov

İlham Əliyevdən Türkiyə səfəri ilə bağlı - Paylaşım

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 032

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 882

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 872

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 041
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.