Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Quru sərhədlər açıldı? – RƏSMİ AÇIQLAMA
  • İlqar Namazov vəzifəsindən azad edildi
  • Sabah 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»ChatGPT-dən məsləhət alanlara XƏBƏRDARLIQ

ChatGPT-dən məsləhət alanlara XƏBƏRDARLIQ

Maraqlı Ariz Əhədov11.01.2026 - 12:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Hər gün dünyada 40 milyondan artıq insan sağlamlığına görə ChatGPT-yə müraciət edir.

Bu müasir insanın psixoloji gərginliyinin, sosial vəziyyətinin, bu və ya digər səbəbdən səhiyyə müəssisələrinə müraciət etmək istəmədiyinin əlamətidir. Əgər insan həkimə yox, süni intellektə müraciət etməyə üstünlük verirsə, bu hal bir neçə təhlükəyə səbəb ola bilər.

Əvvəla həkim qəbuluna düşməyin çətin olması, bəzən maddi durumun yetərsizliyi, müayinə və diaqnostik xətaların baş verməsi hallarının müşahidə olunması süni intellekt vasitəsilə “özünüdiaqnoz” hallarına səbəb olmaqla müəyyən riskləri artırır”.

Bu fikirləri Sfera.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib.

O bildirib ki, bir çox insanlar mənəvi tənhalıq hissi ilə yaşayırlar:

“Dərdini bölüşəcək kimsəni tapmırlar, bəzən də elə patoloji hallar olur ki, xəstə öz dərdini açıb-ağartmaq istəmir, utanır və yaxud izah edə bilmir. Belə hallar da kütləvi xarakter daşımaqdadır.

Əgər insan sağlamlığını insana deyil, süni intellektin alqoritminə etibar edirsə, unutmasın ki, ciddi yanlışa yol verir. Bu həm səhv özümüalicəyə gətirib çıxarır, həm də insanın iradəsinin zəifləməsinə, əqli inkişafının tormozlanmasına səbəb ola bilər. ChatGPT yalnız məlumat verə, yönləndirə və izah edə bilər. Amma onun obyektiv müayinə etmə, yanaşı gedən patologiyaları səciyyələndirmə, “habitus”dan diqqəti yönəltmə imkanı yoxdur.

Analiz etmir, palpasiya etmir, perkussiya etmir, auskultasiya etmir, nəbz- təzyiqə baxmır, görünən selikli qişaların vəziyyətinə, dilin üzərindəki kartinaya baxmır. Belə olduqda isə ciddi yanlışlıqlar fonunda xəstəliklərin diaqnostikasının və düzgün müalicəsinin gecikməsi qaçılmazdır”.

Müsahibimiz bir çox insanın “ChatGPT-dən oxudum, bildim artıq bu yetərlidir” yanaşmasına da münasibət bildirib:

“Əsla belə deyil! Rəqəmsal “hakimiyyət” təhlükəsi tibb sahəsində çox aktualdır. Sözə yox, məntiqə hikmətli olana diqqət yetirmək lazımdır. Yuxarıda göstərilən rəqəm onu deməyə əsas verir ki, insanlar mənəvi yorğunluq içərisindədir, inamını itirib, pulsuz və mühakiməsiz, mükaliməsiz variant axtarırlar.

ChatGPT-yə ünvanlanan tibbi sorğuların statistik göstəricilərinin yüksək olması bəzi psixoloji təhlükələrdən də xəbər verir. Xroniki narahatlıq və sağlamlıq təşvişi (health anxiety) keçirən müasir insan öz bədənini daimi “dinləyir”, ən kiçik əlaməti xəstəlik kimi qavrayır. ChatGPT-yə müraciət narahatlığı azaltmaq üçün ani vasitədir, amma tez-tez oxuma daha çox şübhə, daha çox qorxu və həyəcan yaradır-obsessiv sağlamlıq qorxusu”.

ChatGPT səbəbə yox, nəticəyə baxır

Abbas Bağırov hesab edir ki, ChatGPT -nin həddən çox istifadəsi daxili nəzarət hissinin itirilməsilə yanaşı insanı həkimin müayinəsinə yox, ekranda gördüyü cavaba bağlayır:

“Bu, psixoloji asılılq yaradır. Bəzən ekranda görüntülənən informasiya depressiv hal, emosional donuqluq yaradır. Belə insanlar həkimə gec gedir. Həkimi inkar etməyə qədər gedib çatır. Əvvəllər insan mühüm işlərini həll etmək üçün insanla məşvərət edirdi. ChatGPT insanın insanla əlaqəsinin kəskin şəkildə zəifləməsinə səbəb olmaqla sosial yardımlaşmanın aradan qalxmasına yol açdı.

Anonim dialoq inteqrasiya proseslərinin cəmiyyətdə zəifləməsi üçün stimul olur. Səhiyyə məsələləri ilə bağlı olan ChatGPT-yə müraciətlərin əsasında bu variantın pulsuz olması, dərhallığı və asan əldə edilə bilənliyidir.

Burada həkim-pasient münasibətinin və sosial etibarın zəifləməsi qabarıq formada özünü büruzə verir.

Ümumiyyətlə müasir insanlar narahatdırlar. Çox hallarda bu nərahatçılıqlar təkliyə və qərarsızlığa, habelə insan faktorunun kənarda saxlanmasına meydan verir. ChatGPT gedən proseslərin səbəbi yox, yaranan psixinevroloji statusun simptomuna qarşı ehtiyacın təzahürü kimi dəyərləndirilməlidir.

Uzun növbələr, xəstə düşüncəsinə görə həkimin xəstəni sona qədər dinləməməsi kimi dəyərləndirilmələr də süni intellektə tələbatı artıran amillər sırasındadır. ChatGPT emosional boşluğu dolduran meyara çevrilib. Qoy insanlarımız şəxsi sağlamlıqları üçün ona müraciət etsinlər. Amma son qərarı təcrübəli həkim verməsə, gecikmiş və ya yanlış diaqnoz, səhv dərman, uyğun olmayan doza hər şeyi gecikdirəcək”.

Bənzər Xəbərlər

23.04.2026 - 22:20Ariz Əhədov

Quru sərhədlər açıldı? - RƏSMİ AÇIQLAMA

23.04.2026 - 22:10Ariz Əhədov

İlqar Namazov vəzifəsindən azad edildi

23.04.2026 - 22:00Ariz Əhədov

Sabah 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

23.04.2026 - 21:40Ariz Əhədov

Sahil Babayev bu qurumun prezidenti seçildi - FOTO

23.04.2026 - 21:10Ariz Əhədov

Bakıda cərimə üstündə DAVA: qonşusunu öldürdü -TƏFƏRRÜATLAR

23.04.2026 - 17:43Ariz Əhədov

92 yaşlı kişi kafedə öldü

23.04.2026 - 17:05Ariz Əhədov

Küləklə bağlı - Xəbərdarlıq

23.04.2026 - 16:50Ariz Əhədov

Bugünkü əməliyyatda saxlanılanların - Adları

23.04.2026 - 16:25Ariz Əhədov

“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 174

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 974

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 919

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 108
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.