Pekin TikTok platformasına sahiblik məsələsinin həllində ABŞ-la əməkdaşlıq etmək niyyətindədir.
Yeniera.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Busan şəhərində Çin sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında keçirilən danışıqların yekunları üzrə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
“Tərəflər, həmçinin ABŞ-ın investisiya kimi sahələrdə müsbət öhdəliklər götürməsi və Çinin TikTok problemini lazımi şəkildə həll etmək üçün ABŞ-la işləməyə razı olması ilə Madrid ticarət məsləhətləşmələrinin nəticələrini təsdiqləyib”, – departamentin saytında deyilir.
Sentyabrın 25-də Tramp Çin sosial media platforması TikTok-un ABŞ-da nəzarətini Amerika biznesinə ötürəcək sazişi təsdiqləyən sərəncam imzalayıb. Sərəncama əsasən, Amerika vətəndaşları yeni qurumda ən böyük paya və nəzarətə sahib olacaqlar. Çin şirkəti ByteDance 20%-dən az pay alacaq, qalan hissəsi isə müəyyən investorlara gedəcək. Həmin investorların adları açıqlanmayıb. Şirkət amerikalıların məlumatlarının lazımi şəkildə qorunmasını və Birləşmiş Ştatların təhlükəsizliyini təmin edəcək qaydalara əsasən yeni direktorlar şurası tərəfindən idarə olunacaq. Yeni şirkətin dəyəri təxminən 14 milyard dollar olacaq.
Yeganə

