Çinin qərbində yerləşən Tibet muxtar vilayətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeniera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Yeraltı təkanların episentri Lxas şəhərinin 432 kilometr şimal-qərbində, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barəsində məlumat yoxdur.

