Çin Yeddilik Qrupunu (Böyük Yeddilik) ölkələrini ticarət və iqtisadi məsələlərin siyasiləşdirilməsi və silahlaşdırılmasından, eləcə də Soyuq Müharibə dövrü düşüncəsindən əl çəkməyə çağırır.
Yeniera.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə G7 xarici işlər nazirlərinin birgə bəyanatını şərh edərkən deyib.
“Böyük Yeddiliyin xarici işlər nazirlərinin birgə bəyanatı bir daha faktlara məhəl qoymur, konsepsiyaları təhrif edir, Çini bilərəkdən böhtan atır və nüfuzdan salır, onun daxili işlərinə kobud şəkildə müdaxilə edir.
Faktlar sübut etdi ki, Çinin ifrat istehsal gücü deyilən və qeyri-bazar davranışı təkzib edilə bilməyən yalanlardır.
Böyük yeddilik ölkələri beynəlxalq ticarət-iqtisadi sistemə və qlobal rəqabətə xələl gətirməmək üçün ticarət və iqtisadi məsələlərin siyasiləşdirilməsini və silahlandırılmasını dayandırmalıdırlar”,deyə XİN sözçüsü qeyd edib.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin G7 ölkələrini hadisələrin reallığını tanımağa və soyuq müharibə düşüncəsindən əl çəkməyə çağırıb.
Yeganə

