Çinin Hınan əyalətində yerləşən fabrikdə zəhərli qaz sızması baş verib.
Yeniera.az Sinxua xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində fabrikin 5 işçisi həyatını itirib, 3 işçi isə xəstəxanaya yerləşdirilib.
Digər işçilər təxliyə edilib, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İlkin araşdırmalar göstərir ki, fabrikdəki saxlama qazanından sızan sulfat turşusu ilə yağış suyu şəbəkəsinin septik çənə qarışması arasında kimyəvi reaksiya nəticəsində zəhərli hidrogen sulfid qazı buraxılıb.
Rza Əli

