Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Qarabağ”da İLK AYRILIQ – Norveç klubuna keçdi
  • Türkiyədə bir qəza ilə həyatı dəyişən azərbaycanlı Nail hamını kövrəltdi – Video
  • “Qarabağ” Zubirin əvəzinə həmyerlisini gətirir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Gələn ildən…

Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Gələn ildən...

İqtisadiyyat Ariz Əhədov29.12.2025 - 15:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mövcud bahalaşma fonunda əhalini ən çox narahat edən məsələlərdən biri də çörəyin qiymətidir. Xüsusilə, son illərdə un məmulatlarında müşahidə olunan ardıcıl artımlar 2026-cı ildə çörəyin yenidən bahalaşacağı ilə bağlı sualları gündəmə gətirib. Maraqlıdır, gələn il çörəyin qiyməti arta bilərmi?

Bu barədə KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, son illərdə un məmulatları, xüsusilə də çörək üzrə qiymətlərdə tədrici artım müşahidə olunur.

“İki il əvvəl 50–60 qəpik aralığında satılan çörəyin qiyməti hazırda 90–95 qəpiyə çatıb.  Çörək daim dövlətin diqqətində olan strateji məhsuldur və qiymətlərin kəskin artmaması üçün dövlət dəstəyinin 2026-cı ilə qədər davam edəcəyi gözləniləndir. Bu baxımdan ciddi bahalaşmadan danışmaq çətin olsa da, mərhələli artım ehtimalı mövcuddur”.

Ekspert mümkün qiymət artımını bir sıra amillərlə əlaqələndirib:

logistika və enerji daşıyıcılarının bahalaşması,

istehsal və daşınma xərclərinin artması,

sektorda əməkhaqlarının yüksəlməsi,

inflyasiya təzyiqləri,

un istehsalında xarici asılılıq.

“Çörəyin əsas xammalı olan unun böyük hissəsi xaricdən idxal edilir və yerli istehsal tələbatı tam ödəmək gücündə deyil. Bu isə xarici bazarlarda qiymət artımının birbaşa olaraq çörəyin maya dəyərinə təsir göstərməsinə səbəb olur”.

Vüqar Oruc: Qiymətləndirmə fəaliyyəti Prezident İlham Əliyevin qayğısı sayəsində mühüm instituta çevrilib - AZƏRTAC

V.Oruc vurğulayıb ki, dövlət sosial siyasət çərçivəsində çörəyin qiymətinin kəskin artmasının qarşısını almağa çalışacaq:

“Dövlət ya qiymət artımının minimum səviyyədə qalmasına çalışacaq, ya da əməkhaqları və sosial müavinətlərin artırılması yolu ilə bu artımı kompensasiya edəcək. Çünki çörəyin qiymətindəki dəyişiklik yoxsulluq səviyyəsinə ciddi təsir göstərir”.

Faiz göstəricilərinə toxunan ekspert bildirib ki, əgər dövlət subsidiyaları olmasa, mövcud xərclər nəzərə alınmaqla 2026-cı ildə çörəyin qiyməti hətta 50 faizə qədər arta bilər. Lakin subsidiyaların davam edəcəyi halda qiymət artımının 5–10–15 faiz civarında olacağı gözlənilir.

Sonda V.Oruc bildirib ki, 2026-cı ildə dövlət dəstək resursları məhdud olsa da, çörəyin Azərbaycan cəmiyyətində strateji və sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə yardım siyasətinin davam etdirilməsi gözlənilir:

“Çörəyin qiyməti bazar münasibətlərinin və sərbəst tənzimləmənin ümidinə buraxılmayacaq. Əks halda qiymət artımı  daha yüksək ola bilər”.

Bənzər Xəbərlər

13.03.2026 - 13:58Ariz Əhədov

“Qarabağ”da İLK AYRILIQ -  Norveç klubuna keçdi

13.03.2026 - 13:30Ariz Əhədov

“Qarabağ” Zubirin əvəzinə həmyerlisini gətirir

13.03.2026 - 13:16Ariz Əhədov

Tanınmış modelyer evində ölü tapıldı - Foto

13.03.2026 - 12:50Ariz Əhədov

"Əlli min müəllim ixtisar oluna bilər" - Əli Əhmədov

13.03.2026 - 12:38Ariz Əhədov

İranda hakimiyyət ƏLƏ KEÇİRİLDİ- Müctəba Xamenei ÖLƏRSƏ…

13.03.2026 - 12:25Ariz Əhədov

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı

13.03.2026 - 12:13Ariz Əhədov

Sosial ödənişlər artırılır? Baş nazir AÇIQLADI

13.03.2026 - 12:00Ariz Əhədov

Mayda 14 gün İŞ OLMAYACAQ - TƏQVİM

13.03.2026 - 11:48Ariz Əhədov

Bu rayonun bəzi kəndləri birləşdiriləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 082

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 658

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 285

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 751
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.