Cənubi Koreya Milli Assambleyası məktəblərdə dərs zamanı mobil telefon və ağıllı cihazların istifadəsini qadağan edən qanunu qəbul edib.
Yeniera.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qanuna görə, şagirdlər dərs saatlarında telefonlardan istifadə edə bilməyəcək, yalnız əlilliyi olanlar, xüsusi təhsil ehtiyacı olanlar və fövqəladə hallarda istisna nəzərdə tutulur. Qanun 2026-cı ilin martından qüvvəyə minəcək.
Qeyd edək ki, Fransa, Finlandiya, İtaliya, Niderland və Çin də oxşar məhdudiyyətlər tətbiq edir.
Gülnar Həmidova

