Danimarka təcili olaraq ehtiyat əsgərlərini orduya cəlb edib.
Yeniera.az xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen açıqlayıb.
Buna səbəb Danimarka və digər Avropa ölkələrinin Rusiyaya qarşı təhlükəsizlik tədbirlərini gücləndirməsidir.
Frederiksen Facebook-da etdiyi paylaşımda “Putin bizi bölmək istəyir. Heç bir ölkə hibrid müharibəni təkbaşına edə bilməz. Buna görə də bizim güclü ittifaqlarımız var: Aİ və NATO”.
Polşa, Estoniya və Rumıniya da bu ay oxşar hava məkanı pozuntuları ilə üzləşib. Avropa Kremlə cavab verməli olduğunu və lazım gələrsə, təyyarələri vuracağını bildirib.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, müttəfiqlərin dəstəyi ilə yanaşı, bu gün və ya tezliklə pilotsuz təyyarələrə qarşı əlavə avadanlıq gətiriləcək.
Leyla Cəfərova

