Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident Zəngəzur dəhlizi barədə danışdı
  • Bakıda yaşayış binasında yanğın – Video+Yenilənib
  • Prezidentin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirildi – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi – Fotolar – Video-Yenilənib

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - Fotolar - Video-Yenilənib

VİDEO XƏBƏRLƏR Gülnar Əliyeva23.08.2026 - 16:33
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Daşkənddə Prezident İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Yeniera.az xəbər verir ki, əvvəlcə Özbəkistan ilə Azərbaycan arasında dostluq, ticarət və investisiya əməkdaşlığı haqqında qısa film nümayiş olundu.

Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış etdi.

***

Qardaş Özbəkistana səfərə dəvətə, qonaqpərvərliyə, Azərbaycana və xalqımıza xoş münasibətinə, həmçinin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi şəxsi töhfəyə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev iclasdan əvvəl nümayiş etdirilən videoçarxda hazırda üzərində işlənilən layihələrin peşəkar şəkildə təqdim olunduğunu, onların bir hissəsinin artıq reallaşdığını, bir hissəsinin isə həyata keçiriləcəyini bildirib. “Əsas məsələ ondan ibarətdir ki, qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi ilə bağlı konkret gündəliyimiz var. Əminəm ki, artıq müəyyən edilmiş layihələr həyata keçirildikcə yeni layihələr də meydana çıxacaq və bu video təqdimata daha çox vaxt lazım olacaq. Əslində, mən belə bir təqdimata çox müsbət mənada təəccübləndim, çünki burada bu gün bizi birləşdirən əsas istiqamətlər öz əksini tapıb”.

Prezident İlham Əliyev iki ölkə arasındakı dostluq münasibətlərini və Özbəkistanın əldə etdiyi uğurları yüksək qiymətləndirərək deyib: “İlk növbədə, Sizi, hörmətli Şavkat Miromonoviç, Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim. Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir. Bu isə ilk növbədə Sizin xidmətinizdir. Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz. Sizin də düzgün qeyd etdiyiniz kimi, biz ikitərəfli formatda, iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyirik. Bu, avtomatik rejimdə baş verir”.

Dövlət başçısı, həmçinin Cənubi Qafqazda gedən müsbət proseslərə verdiyi qiymətə görə Şavkat Mirziyoyevə təşəkkür edib. Bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması nəticəsində bu gün region, nəhayət rahat nəfəs ala və dinc inkişafın üstünlüklərini görə bilər.

Birgə İnvestisiya Fondunun potensialına toxunan Azərbaycan Prezidenti deyib: “Mənə məruzə ediblər ki, 500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib. Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur. Lakin bizim nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda deyildi ki, təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır. Həmçinin Daşkənddə həyata keçirilən layihələr, – hotel kompleksləri və yaşayış kompleksləri, – bu İnvestisiya Fondunun çərçivəsindən kənardadır. Ona görə də ümumilikdə investisiya portfelinə baxsaq, onun müəyyən etdiyimiz 500 milyon dollardan xeyli böyük olduğunu görərik”.

Prezident İlham Əliyev Qarabağın bərpa edilməsi prosesində göstərilən dəstəyə görə təşəkkürünü bildirərək vurğulayıb ki, Özbəkistan və onun dövlət başçısı azad olunmuş ərazilərə praktiki yardım göstərən ilk ölkə və ilk Prezident olub. “Mirzə Uluqbəy adına məktəb bu gün artıq orada təhsil ala biləcək şagirdlərin demək olar ki, hamısını qəbul edib. Məktəb təxminən 1000 nəfərlikdir, son məlumatlara görə isə orada artıq bir neçə yüz şagird təhsil alır və bu məktəb həm də dostluğumuzun, qardaşlığımızın bir rəmzidir. Həmçinin biz Sizinlə birlikdə Xankəndidə özbək dostlarımız tərəfindən rekord qısa müddətdə yaradılmış tikiş fabrikini ziyarət etmişik. Biz Xankəndidə birlikdə kollektivlə də görüşmüşük. Təbii ki, Qarabağ regionunda iş yerlərinin yaradılması, – xüsusilə qadınlar üçün, – hazırda böyük əhəmiyyət daşıyır. Yenə də müasir istehsal müəssisəsinin yaradılması və 200-dən çox iş yerinin açılması üzrə ilk investisiya layihəsi Özbəkistan tərəfindən həyata keçirilir. Buna görə Sizə çox minnətdaram”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Özbəkistanın avtomobil sənayesindəki təcrübəsinin bu gün Azərbaycana da ötürüldüyünü xatırladan dövlət başçısı qeyd edib ki, ilk layihə həyata keçirilib, lakin hazırda tam istehsal dövründən söhbət gedir. Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması planlaşdırılır və ikinci zavod tikilir. Bu zavod, əslində, ölkəmizin avtomobil sənayesinə böyük təkan verəcək.

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin də uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var. Mənə məruzə ediblər ki, Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir. Şavkat Miromonoviçlə bu barədə danışmışıq. Məsələ həllini tapıb, sadəcə, bu layihəni prioritet siyahıya daxil etmək lazımdır. Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı – bərə, tanker və quru yük gəmiləri inşa edilir. Zavod indi yüz faiz gücü ilə işləyir, ona görə də düşünürəm ki, bura bərə üçün ən uyğun yerdir”.

Nəqliyyat sektorundakı layihələrə toxunan dövlət başçısı Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirib. Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayan Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb. Konseptual yanaşmanın Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi görməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu marşrut üzrə investisiya yatırmaq, mənfəət əldə etmək və daşıma həcmlərini təmin etmək istəyən maraqlı şirkətlər və ölkələrin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını vurğulayıb.

“Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistanda da işlər gedir, amerikalı tərəfdaşlarımız bizi bu barədə müntəzəm məlumatlandırırlar. Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq. Lakin oradakı məsafə cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikasının ərazisində isə 194 kilometrdir. Bəli, buna görə də işə başladıq, bütün hallarda onu tamamlayacağıq. Amma müxtəlif şirkətlərdən maraq olduğunu bildiyimiz üçün sadəcə məlumat vermək istərdim ki, əgər maraq varsa, təklif olunan konsorsiumda iştirak etmək imkanı mövcuddur”, – deyə dövlət başçısı əlavə edib.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Bakıdan Ermənistan sərhədinə qədər təxminən 400 kilometr məsafədə olan mövcud dəmir yolu xəttinin bir hissəsini sıfırdan yenidən qurur və modernləşdirir. Xəttin Naxçıvan hissəsi isə təxminən 200 kilometrdir. Bu, Orta Dəhlizin əhəmiyyətli bir qolu olacaq.

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə tamhüquqlu üzv kimi cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu vurğulayan dövlət başçısı, bu qərarın Daşkənddə keçirilən görüşdə qəbul edilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırıb və buna görə təşəkkürünü ifadə edib. Azərbaycanın bu formatda tamhüquqlu iştirakının təmin edilməsində Özbəkistan liderinin şəxsi rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində məsuliyyətlidir və bu işə böyük həvəslə yanaşır.

Bənzər Xəbərlər

23.08.2026 - 22:15Gülnar Əliyeva

Prezident Zəngəzur dəhlizi barədə danışdı

23.08.2026 - 22:00Gülnar Əliyeva

Prezidentin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirildi - Video

23.08.2026 - 21:40Gülnar Əliyeva

İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin - Menyusu

23.08.2026 - 21:35Gülnar Əliyeva

“Çox dəqiq fəaliyyət planımız var”

23.08.2026 - 21:05Gülnar Əliyeva

“İlk yardım Özbəkistan tərəfindən göstərilib”

23.08.2026 - 20:30Gülnar Əliyeva

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar

23.08.2026 - 20:25Gülnar Əliyeva

İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 - 19:47Gülnar Əliyeva

“Yeni Daşkənd” layihəsi İlham Əliyevə təqdim edildi - Video

23.08.2026 - 19:31Gülnar Əliyeva

Birinci xanımlar təkbətək görüşdü - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 872

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 966

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 924

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 744
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.