Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan çempionatında fantastik qol – Video
  • Alimentə görə mənəvi zərər tutula bilərmi? – Ali Məhkəmədən cavab
  • “Qalatasaray” 4 ulduzunu yola salır
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Dəhşətli qəza törədən “Toyota”nın sürücüsü nüfuzlu şəxsin nəvəsi imiş

Dəhşətli qəza törədən "Toyota"nın sürücüsü nüfuzlu şəxsin nəvəsi imiş

Hadisə Ariz Əhədov15.04.2026 - 09:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakının Zığ-Hava limanı yolunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.

Yeniera.az bildirir ki, toydan çıxan Bakı şəhər sakinləri – 1984-cü il təvəllüdlü Samir Məmmədov, 1986-cı il təvəllüdlü Elvin Əsgərov və 1965-ci il təvəllüdlü Azad Əhmədov Əhmədli qəsəbəsində olarkən, Azad Əhmədovun tanışı ona zəng vurub.

Yük avtomobili idarə edən həmin şəxs Azad Əhədovdan kömək istəyib. Bildirib ki, avtomobilinin yanacağı bitib, ona yanacaq alıb gətirmək lazımdır. Azad, Samir və Elvin taksi ilə həmin əraziyə gəliblər. Onlar hadisə yerində düşüb taksi sürücüsündən xahiş ediblər ki, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən avtomobil üçün yanacaq alsın. Taksi sürücüsü də onları düşürdükdən sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Bu vaxt 2002-ci il təvəllüdlü Elmir Qubadov idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan həmin üç nəfəri vurub, daha sonra isə yük avtomobilinə çırpılıb. Bundan sonra avtomobil yanıb.

Məlumata görə, E.Qubadov hadisə zamanı sərxoş olub. O, tanışı olan qadınla restoranda yeyib-içəndən sonra sərxoş vəziyyətdə avtomobili idarə etməyə başlayıb və nəticədə ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan qadın da müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumatda o da qeyd edilir ki, hadisəni törədən E.Qubadov imkanlı şəxsdir və onun babası Bakıda nüfuzlu şəxslərdən biridir.

Xatırladaq ki, aprelin 13-də gecə saat 2 radələrində Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, Zığ-Hava limanı yolunda 2002-ci il təvəllüdlü Elmir Qubadov “Toyota Corolla” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan üç nəfəri vurub və yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində “Toyota” markalı avtomobil yanıb. Qəza zamanı 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib./oxu.az

Bənzər Xəbərlər

15.04.2026 - 18:10Ariz Əhədov

Alimentə görə mənəvi zərər tutula bilərmi? - Ali Məhkəmədən cavab

15.04.2026 - 17:42Ariz Əhədov

İranda xariclə əlaqəli daha 6 nəfər həbs edildi

15.04.2026 - 17:30Ariz Əhədov

ATU-nun yeni mətbuat katibi o oldu

15.04.2026 - 14:50Ariz Əhədov

Güləşçilərimiz Türkiyədə 8 qızıl medal qazandı

15.04.2026 - 14:01Yeni Era

Paytaxtda mühafizəçi mərasim evində öldü

15.04.2026 - 12:36Ariz Əhədov

Leyla və Alena Əliyevalar sərgidə - Fotolar

15.04.2026 - 12:22Ariz Əhədov

Nüfuz alverində ittiham olunan polkovnik - Cərimə olundu

15.04.2026 - 12:14Ariz Əhədov

Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - Video

15.04.2026 - 12:10Ariz Əhədov

Hacı Əliyev mayor rütbəsi aldı - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 987

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 863

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 850

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 027
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.