Argentinada parlament seçkiləri ərəfəsində deputatlığa namizəd Hernan Damiani canlı yayım zamanı infarkt keçirib.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, 64 yaşlı UCR (Radikal Vətəndaş Birliyi) üzvü təcili olaraq xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.
Canlı yayım zamanı çəkilən kadrlarda Damiani proqram iştirakçılarının və prodüser heyətinin qarşısında qəflətən yıxılıb.
Qeyd edək ki, oktyabrın 26-da Argentinada parlament seçkiləri keçiriləcək.

