• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

DİN-dən qanunsuz saxlanılan odlu silahlarla bağlı əhaliyə çağırış 

20 Oktyabr, 25 / 11:38
A A
DİN-dən qanunsuz saxlanılan odlu silahlarla bağlı əhaliyə çağırış 

Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahlarla bağlı növbəti çağırış edib.

Bu barədə Yeniera.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Belə silahlar istənilən vaxt qeyri-qanuni məqsədlə istifadə edilərək insan həyatına, sağlamlığına və ağır cinayətlərə səbəb ola bilər:

“Buna görə də daxili işlər orqanları əhali arasında profilaktik izahat işlərini, silahların aşkarlanması və yığılması üçün planlı əməliyyat-axtarış tədbirlərini sistemli şəkildə həyata keçirir və əldə edilən nəticələri ictimaiyyətlə bölüşür”.

“Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 4181 ədəd odlu silah aşkar olunaraq götürülüb ki, onların da 1126-sı avtomat silahı, 263-ü tapança, 2792-si isə tüfəng olub.

Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər. Belə ki, 2025-ci ilin 9 ayı ərzində 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Keçirilən əməliyyat tədbirlərilə isə 645 silah aşkar olunaraq götürülüb”, – məlumatda bildirilib.

“Qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər. Könüllü olaraq polisə təqdim edilən silaha görə isə vətəndaş məsuliyyətə cəlb edilmir. Buna görə də vətəndaşlara müraciət edərək qanunsuz yollarla əldə etdikləri və ya tapdıqları silah-sursatı könüllü olaraq yaxınlıqdakı polis orqanlarına təhvil vermələrini xahiş və tövsiyə edirik. Bu halda həmin şəxs heç bir cinayət məsuliyyəti daşımayacaq və bununla da həm özünü, həm də ailəsini böyük təhlükədən və qanunla müəyyən olunmuş ağır cinayət məsuliyyətindən xilas etmiş olacaq.

Bu vətəndaşlıq nümunəsində cəmiyyətin hər bir üzvünün dəstəyi önəmlidir. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik”, – DİN-in məlumatında vurğulanıb.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Eldar Mahmudovun vəkilindən yayılan xəbərlərə - Reaksiya

Növbəti Yazı

Ərdoğan Küveyt, Qətər və Omana səfər edəcək

XƏBƏR LENTİ

Azərbaycanda 11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

"Qarabağ" "Ayaks"la oyundan əvvəl azarkeşlərə müraciət edib

Gürcüstan Azərbaycan yanacağını Ermənistana dəmir yolu ilə pulsuz daşıyacaq

Hökməli–Qobu yolundakı avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb 

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb

Paşinyan Erməni Apostol Kilsəsinin bərpası üçün yol xəritəsi təklif edib

Bu şəxslərə 8 min manatlıq müavinət veriləcək

Şöbə müdiri: Hazırda TƏBİB-in xəstəxanalarında 4 mindən çox hemodializ xəstəsi var

Milli Məclisdə Azərbaycan dilinin mövcud vəziyyətinə həsr olunan konfrans keçirilib

Bakıda və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 98 faizini təşkil edib

İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Ceyhun Bayramov: Azərbaycan hərbçilərinin Qəzzada iştirakı ilə bağlı yekun qərar yoxdur

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

“YAŞAT” Fondunun yaranmasından 5 il ötür

İstanbul və Antalya dünyanın ilk 10-luğunda…- “Top 100 City Destinations Index 2025”   

Əraqçi: İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik

Ceyhun Bayramov Əraqçini Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məlumatlandırıb

Onlara yeni vəzifə verildi - FOTO

İkinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Bu fənn üzrə dərs saatları artırılacaq - Emin Əmrullayev AÇIQLADI

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.