Daxili İşlər Nazirliyinin şəxsi heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Yeniera.az xəbər verir ki, nazirliyin rəhbər heyəti və əməkdaşları 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Xatirə daşının önünə əklil və gül dəstələri qoyulub.
YENİERA.AZ
