27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər.
Yeniera.az xəbər verir ki, Xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri qoyaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsini dərin ehtiramla anıblar.
YENİERA.AZ
