Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq
  • Baləlidən “butulka” davası barədə AÇIQLAMA
  • Prezidentdən Ülvi Quliyevlə bağlı – Sərəncam
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Dini konfessiyaların rəhbərləri İlham ƏIiyevi təbrik ediblər

Dini konfessiyaların rəhbərləri İlham ƏIiyevi təbrik ediblər

Siyasət Ariz Əhədov23.01.2026 - 16:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Azərbaycan Prezidenti İlham Əliyevi Beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə təbrik ediblər.

Yeniera.az xəbər verir ki, təbrikdə vurğulanıb ki, Azərbaycanın nümunəvi dinlərarası əməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünya miqyasında təqdir olunur.

“Sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan tərəqqi, rifah mümkün deyil və Azərbaycanın siyasi lideri olaraq Sizin bu istiqamətdə fəaliyyətiniz ən xoş sözlərə, ən yüksək mükafatlara layiqdir. Dünyanın sülh gündəmində ön sırada olmağı – Sülh Şurasında təsisçi qismində iştirakı Uca Yaradana xoş gedən ideallar naminə dəyərli fəaliyyətinizin daha bir parlaq əməli nümunəsidir. Sizi belə bir mötəbər qlobal müstəvidə təsisçi qismində görmək bizi qürurlandırır, Azərbaycan xalqının ayrılmaz hissəsi olan dindarlarda rəğbət və fəxarət doğurur. Əminik ki, bu tarixi addımınız qlobal sülh, bəşəriyyəti narahat edən təhdid və təhlükələrin aradan qaldırılması işində böyük rol oynayacaq” – təbrikdə vurğulanıb.

Qeyd edək ki, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev imzalayıblar.

Xatırladaq ki, Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri sırasındadır.

Bənzər Xəbərlər

16.09.2026 - 16:30Gülnar Əliyeva

Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

16.09.2026 - 16:09Gülnar Əliyeva

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

16.09.2026 - 16:04Gülnar Əliyeva

Ramiz Mehdiyevin işində onlar da dindirilib

16.09.2026 - 15:38Gülnar Əliyeva

Münasib qiymətə texnologiya axtaranların diqqətində – CompStore.az

16.09.2026 - 15:36Gülnar Əliyeva

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

16.09.2026 - 14:20Gülnar Əliyeva

Dağ başında qalsalar - Xilas üçün pul ödəməli olacaqlar

16.09.2026 - 14:07Gülnar Əliyeva

Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq

16.09.2026 - 14:06Gülnar Əliyeva

Sabah yağış yağacaq, şimşək çaxacaq

16.09.2026 - 13:58Gülnar Əliyeva

Veteranlara şad xəbər - 400 manat... 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 048

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 086

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 015

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 809
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.