• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

DİQQƏT: Pensiyaçılara kommunal xidmətlərdə güzəşt oluna bilər

08 Dekabr, 25 / 13:00
A A
DİQQƏT: Pensiyaçılara kommunal xidmətlərdə güzəşt oluna bilər

Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlər üzrə maliyyə yükünü azaltmaq məqsədilə dövlət tərəfindən ödənişlərin müəyyən hissəsinin qarşılanması mexanizmi geniş tətbiq olunur. Məsələ Azərbaycanda da bu cür təcrübənin mümkünlüyünü gündəmə gətirib.

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, dünya təcrübəsində həssas sosial qrupların, o cümlədən pensiyaçıların rifahını yaxşılaşdırmaq üçün müxtəlif alətlərdən istifadə edilir. Onun sözlərinə görə, kommunal xidmətlər üzrə güzəştli tariflərin müəyyən olunması bir çox ölkələrdə, xüsusilə də keçmiş SSRİ məkanında geniş tətbiq edilən mexanizmlərdəndir.

“Bu yolla hökumət əslində gəlirlərin yenidən bölüşdürülməsi üçün yeni bir zəmin yaradır. Həssas qruplar daha əlverişli şərtlərlə kommunal xidmətlərə çıxış əldə edir, bu isə onların ailə büdcəsini daha optimal idarə etməsinə şərait yaradır. Pensiya və təqaüdlərin digər sahələrə – sağlamlıq, istirahət və sosial ehtiyaclara yönələn hissəsi genişlənir,” – deyə ekspert qeyd edib.

Rəşad Həsənov hesab edir ki, Azərbaycanda da belə mexanizmin tətbiqi üçün iqtisadi imkanlar mövcuddur:

“Burada yalnız müvafiq qanunvericiliyin formalaşdırılması və qeyd edilən məsələnin həlli üçün hüquqi baza yaradılması qalır. Texniki baxımdan hər hansı maneə yoxdur.”

Bununla belə, ekspert hökumətin hazırkı siyasətinə diqqət çəkərək yaxın perspektivdə belə güzəşt mexanizmlərinin tətbiqinin gözlənilmədiyini vurğulayıb:

“Bu istiqamətdə hər hansı müzakirə getmir. Yaxın zamanda bu tip güzəştlərin tətbiq olunması ehtimalı çox aşağıdır.”

Beləliklə, dünyada geniş tətbiq olunan model Azərbaycanda da mümkündür, lakin mövcud siyasi və iqtisadi yanaşma fonunda hələlik gündəmdə deyil.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Sabah Bakı və Abşeronda leysan yağacaq

Növbəti Yazı

Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşüb - FOTOLAR

XƏBƏR LENTİ

Paşinyan Erməni Apostol Kilsəsinin bərpası üçün yol xəritəsi təklif edib

Bu şəxslərə 8 min manatlıq müavinət veriləcək

Şöbə müdiri: Hazırda TƏBİB-in xəstəxanalarında 4 mindən çox hemodializ xəstəsi var

Milli Məclisdə Azərbaycan dilinin mövcud vəziyyətinə həsr olunan konfrans keçirilib

Bakıda və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 98 faizini təşkil edib

İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Ceyhun Bayramov: Azərbaycan hərbçilərinin Qəzzada iştirakı ilə bağlı yekun qərar yoxdur

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

“YAŞAT” Fondunun yaranmasından 5 il ötür

İstanbul və Antalya dünyanın ilk 10-luğunda…- “Top 100 City Destinations Index 2025”   

Əraqçi: İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik

Ceyhun Bayramov Əraqçini Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məlumatlandırıb

Onlara yeni vəzifə verildi - FOTO

İkinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Bu fənn üzrə dərs saatları artırılacaq - Emin Əmrullayev AÇIQLADI

Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşüb - FOTOLAR

DİQQƏT: Pensiyaçılara kommunal xidmətlərdə güzəşt oluna bilər

Sabah Bakı və Abşeronda leysan yağacaq

Azərbaycanda 4 günlük iş qrafikinə keçiləcək?

Bakıda 7 min manatlıq oğurluq edən yeniyetmələr saxlanılıb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.