Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Türkiyə Gümrü üzərindən də uçuşlara başlaya bilər”
  • Estetik əməliyyatlarla 7 il gizlənə bildi – Foto
  • Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»DİQQƏT: Quru sərhədlər bu şəxslər üçün AÇILA BİLƏR

DİQQƏT: Quru sərhədlər bu şəxslər üçün AÇILA BİLƏR

Gündəm Ariz Əhədov17.04.2026 - 11:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, ikili vətəndaşlığı olan şəxslərin üzləşdiyi çətinliklər, onların sərbəst hərəkət imkanlarının məhdudlaşması və xaricdəki iş, ailə və sosial öhdəlikləri bu məsələni daha da aktuallaşdırır. Mövcud şəraitdə həm təhlükəsizlik, həm də insan amili arasında balansın necə qorunacağı əsas müzakirə mövzularından birinə çevrilib. Bəs hazırkı vəziyyətdə ikili vətəndaşlığı olan şəxslər üçün hər hansı güzəştlərin tətbiqi mümkündürmü?

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu məsələ kifayət qədər həssasdır və uzun müddətdir davam edən məhdudiyyətlər cəmiyyətdə fərqli yanaşmaların formalaşmasına səbəb olub.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA – Bu ölkələrə gedə biləcəyik… | KONKRET

“Quru sərhədlərin artıq 6 ilə yaxındır bağlı qalması fonunda “niyə açılmır?” sualı ətrafında müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, regionda baş verən hadisələr, o cümlədən ABŞ-İran münasibətlərindəki gərginlik fonunda sərhədlərin bağlı qalma müddətinin daha da uzanacağı real görünür”.

Ekspert qeyd edib ki, ikili vətəndaşlığı olan şəxslərlə bağlı müəyyən güzəştlərin tətbiqi məqsədəuyğun ola bilər:

“Ən azından həmin şəxslərin vətəndaşı olduqları ikinci ölkəyə gediş-gəlişləri müəyyən şərtlər daxilində təmin olunmalıdır. Müəyyən öhdəliklər əsasında həyata keçirilməsi mümkündür. Məsələn, onların yalnız bir istiqamətdə hərəkəti ilə bağlı qaydalar tətbiq oluna bilər.
İkili vətəndaşlığı olan şəxslərin əksəriyyəti digər ölkədə işləyir, ailə həyatı qurub və sosial bağlara malikdir. Bu amillər nəzərə alınmalıdır. Çünki bu məsələ yalnız fərdi deyil, eyni zamanda iqtisadi və sosial sahələrə də təsir göstərir”.

Siyasi şərhçi hesab edir ki, regionda gərginlik, xüsusilə İranla bağlı vəziyyət sabitləşdikdən sonra bu istiqamətdə müəyyən addımların atılması zərurəti yarana bilər:

“Ümumilikdə quru sərhədlərin açılması məsələsinə gəldikdə isə, bu proses birdəfəlik deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Dövlət bu istiqamətdə uyğun qərarlar qəbul edə bilər”.

Bənzər Xəbərlər

18.04.2026 - 15:15Ariz Əhədov

“Türkiyə Gümrü üzərindən də uçuşlara başlaya bilər”

18.04.2026 - 15:00Ariz Əhədov

Estetik əməliyyatlarla 7 il gizlənə bildi - Foto

18.04.2026 - 14:42Ariz Əhədov

Bazar günü 25 dərəcə isti olacaq

18.04.2026 - 14:30Ariz Əhədov

Paytaxtın məşhur hospitalında ÖLÜM

18.04.2026 - 14:13Ariz Əhədov

Bu iki qurum birləşdirildi

18.04.2026 - 14:00Ariz Əhədov

Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır

18.04.2026 - 13:25Ariz Əhədov

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

18.04.2026 - 12:40Ariz Əhədov

General Müşfiq Məmmədov buna görə İŞDƏN ÇIXARILIB

18.04.2026 - 12:25Ariz Əhədov

İntensiv yağış yağacaq, qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 031

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 879

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 872

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 040
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.