• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq

08 Dekabr, 25 / 12:30
A A
Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq

Səhiyyə Nazirliyi Respublika Qan Bankının Klinik-diaqnostik laboratoriyasının müdiri Sevinc Məhərrəmova donor qanında infeksiyaları daha erkən aşkarlayacaq yeni texnologiya barədə açıqlama verib.

Yeniera.az xəbər verir ki, ilk növbədə, seroloji testlərdən danışan S.Məhərrəmova bildirib ki, bunlar donor qanında viruslara qarşı yaranmış anticisimləri (antikorları) aşkar edir.

O qeyd edib ki, bu testlər vasitəsilə hepatit B (HBV), hepatit C (HCV), İİV (HİV), sifilis infeksiyalarına qarşı yaranmış immun cavab qiymətləndirilir. Seroloji analizlər əsasən donorun keçmişdə və ya hazırda bu infeksiyalara yoluxub-yoluxmamasını müəyyən etməyə xidmət edir.

“NAT testləri isə virusların genetik materialını – yəni DNT və ya RNT-sini – birbaşa aşkar edir. Bu testlər infeksiyanın ən erkən mərhələsində, hələ immun cavab formalaşmadan, virusun mövcudluğunu müəyyən etməyə imkan verir. NAT texnologiyası çox yüksək həssaslıq və spesifiklik dərəcəsinə malikdir və seroloji testlərlə müqayisədə “pəncərə dövrünü” əhəmiyyətli dərəcədə qısaldır. Bu isə o deməkdir ki, NAT testləri ilə yoluxmuş, lakin seroloji olaraq hələ aşkar olunmayan donor qanı daha erkən mərhələdə müəyyən edilə bilər”, – o bildirib.

S.Məhərrəmova əlavə edib ki, bu testlər hepatit B, hepatit C və İİV kimi infeksiyalar üçün geniş tətbiq olunur və donor qanının təhlükəsizliyinin artırılmasında mühüm rol oynayır. Beləliklə, seroloji testlər immun cavabı qiymətləndirərək yoluxmanın olub-olmadığını göstərir, NAT testləri isə virusun özünün genetik materialını birbaşa aşkar edir:

“Hər iki üsul bir-birini tamamlayaraq, donor qanının tam təhlükəsizliyini təmin etmək məqsədilə paralel şəkildə tətbiq olunur. Səhiyyə Nazirliyi Respublika Qan Bankında bu testlərin hər ikisinin tətbiqi beynəlxalq protokollara və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun şəkildə həyata keçirilir”.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib

Növbəti Yazı

Bakıda 7 min manatlıq oğurluq edən yeniyetmələr saxlanılıb

XƏBƏR LENTİ

Bakıda 7 min manatlıq oğurluq edən yeniyetmələr saxlanılıb

Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq

Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib

Abşeron RMX-nin qeydiyyat bölməsində yeni xidmət istifadəyə verilib

Abbas Əraqçi Bakıda şəhidlərin xatirəsini anıb

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

Şəhid atası vəfat etdi - FOTO

İlham Əliyevdən Tofiq Bakıxanovla bağlı SƏRƏNCAM

Bu həftənin şanslı bürcləri - ADLAR

Mili Məclisdə Azərbaycan dilinin mövcud vəziyyəti və perspektivlərinə həsr olunan konfrans keçirilir

13 nəfərin meyiti tapıldı - FHN

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - FOTOLAR

"YAŞAT" Fondu kredit və borc öhdəlikləri ilə bağlı 7 milyon manatdan çox pul xərcləyib

Sumqayıtda 2 min abonentin qazı kəsiləcək

TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi

50-dən çox tibb müəssisəsində elektron monitorlar və növbə terminalları quraşdırılıb

Astrofizika kafedrası: Maqnit qasırğası gözlənilir

Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək

Müdafiə Nazirliyi məlumat yaydı - əhalini təşvişə düşməməyə...

Saat 11:00-da işıq kəsiləcək - Bu ərazilərdə

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.