Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ABŞ xüsusi təyinatlıları İrana daxil oldu
  • Daha iki ölkə İranla müharibəyə qoşuldu
  • Paşinyan Azərbaycanla bağlı çağırış etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»DTX-də peşə bayramı günü münasibətilə tədbir – Foto-Video

DTX-də peşə bayramı günü münasibətilə tədbir - Foto-Video

Siyasət Ariz Əhədov03.04.2026 - 18:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart – Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü qeyd olunub.

Yeniera.az  xəbər verir ki, əlamətdar tarixlə əlaqədar DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra DTX-nin şəxsi heyəti tərəfindən Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Azərbaycanın Milli Qəhrəmanları olan təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarları ziyarət edilib, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyulub.

DTX-nin əməkdaşları və veteranlarının iştirakı ilə Xidmətin akt zalında keçirilmiş tədbirdə şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Xidmət rəisi Əli Nağıyev çıxış edərək, təhlükəsizlik orqanlarının yaranma tarixi və təşəkkülü prosesindən, Ulu Öndərin həm bu təsisatda rəhbər vəzifələrdə çalışdığı zamanlarda, həm də müstəqillik qazanıldıqdan sonra təhlükəsizlik təşkilatının inkişafı üçün göstərdiyi misilsiz və əvəzsiz xidmətlərdən, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanlarının formalaşmasından ətraflı söhbət açmış, təhlükəsizliyin etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını deyib.

Dünyanın bir çox yerlərində hərbi qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğunun regionda əməliyyat şəraitinə ciddi təsir etdiyini vurğulayan general-polkovnik Əli Nağıyev ötən dövrdə xarici xüsusi xidmət orqanlarının və digər qüvvələrin ölkəmiz əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində DTX-nin gördüyü işlərdən və əldə olunmuş uğurlu nəticələrdən də danışıb. Xidmət rəisi həmçinin DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində ötən zaman ərzində qarşısı alınmış dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğa hazırlıq, terrorçuluğu maliyyələşdirmə, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratma, hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə və sair cinayət faktları barədə geniş məlumat verib.

Daha sonra digər çıxış edənlər bu orqanların keçdiyi tarixi yoldan, Ulu Öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi yönündə atdığı qətiyyətli və cəsarətli addımlardan, dahi rəhbərin təhlükəsizlik təşkilatındakı fəaliyyəti ilə bu orqanlarda peşəkarlıq məktəbinin əsasının qoyulmasından və bu məktəbin davamçıları olan DTX-nin əməkdaşlarının öz fəaliyyətlərini müasir zamanın tələblərinə uyğun şəkildə qurmasından bəhs ediblər.

Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülmüş DTX-nin əməkdaşlarının təltif edilməsi mərasimi keçirilib.

Tədbir DTX-nin və “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” sənədli filminin nümayişi ilə başa çatıb.







Bənzər Xəbərlər

04.04.2026 - 15:05Ariz Əhədov

ABŞ xüsusi təyinatlıları İrana daxil oldu

04.04.2026 - 01:37Ariz Əhədov

Daha iki ölkə İranla müharibəyə qoşuldu

04.04.2026 - 01:27Ariz Əhədov

Paşinyan Azərbaycanla bağlı çağırış etdi

04.04.2026 - 01:21Ariz Əhədov

Evinin çıxarışı olmayanlar üçün YENİ XƏBƏR

03.04.2026 - 18:14Ariz Əhədov

Mükafat üçün özünü Stadnikin məşqçisi etmişdi - İstefaya göndərildi

03.04.2026 - 18:00Ariz Əhədov

Tale Heydərov iş adamı ilə razılığa gəlib - Azad olunmasına etiraz etmir

03.04.2026 - 17:36Ariz Əhədov

Son 19 ildə bələdiyyə torpağı almış şəxslərin diqqətinə

03.04.2026 - 17:15Ariz Əhədov

Qattuzo İtaliya yığmasından göndərildi

03.04.2026 - 17:00Ariz Əhədov

Prezident Fərman İMZALADI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 813

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 826

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 756

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 989
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.