Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bir neçə kənd işıqsız qalacaq
  • İrəvan Rusiyadan qurtuluş planını açıqladı – Azərbaycan qazı Zəngəzurda
  • Moskva ilə Vaşinqton arasında sürpriz addım – Putin Tramp üçün bu şəxsi əfv etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»DTX onları necə ifşa edib? — ŞOK DETALLAR

DTX onları necə ifşa edib? — ŞOK DETALLAR

Hadisə Gülnar Əliyeva11.08.2026 - 21:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

DTX xaricdən idarə olunan və Azərbaycanda dövlət qurumlarının və şirkətlərin əməkdaşlarını hədəfə alan kiberdələduzluq şəbəkəsi haqqında maraqlı məlumat yayıb. Açıqlamaya diqqət etdikdə maraqlı sxem görünür. Xüsusi proqramlarla dövlət qurumlarının və şirkətlərin əməkdaşlarının adları, vəzifələri, fotoları, telefon nömrələri kütləvi şəkildə toplanıb. Sonra rəhbərlərin adı və fotosu ilə saxta “WhatsApp” hesabları yaradılıb.

Yeniera.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz sosial media hesabında yazıb.

O, bu hesabların Azərbaycan mobil operatorlarının nömrələrindən istifadə olunaraq yaradıldığına xüsusi diqqət çəkib:

“Bu +994 ilə başlayan nömrələrin cinayətkarların əlinə necə keçdiyi açıqlanmır. Güman ki, yerli vasitəçilər üzərindən əldə edilmiş SIM/eSIM-lərdən, başqa şəxslərin adına rəsmiləşdirilmiş və ya ələ keçirilmiş nömrələrdən istifadə oluna bilərdi.

Əməkdaşa rəisi adından “təcili” tapşırıq göndərilib, sonra o, guya hüquq-mühafizə orqanının nümayəndəsi olan başqa saxta hesaba yönləndirilib. Sonda xarici hesaba pul köçürülməsi və ya başqa tapşırıqlar tələb olunub.

Baş verənlər bir daha göstərir ki, insan amili həmişə öndədir. Rəhbərin fotosu və adı “WhatsApp” hesabının həqiqiliyini sübut etmir. Pul köçürülməsi, məxfi məlumatın verilməsi və qeyri-adi “təcili tapşırıqlar” başqa etibarlı kanal vasitəsilə mütləq təsdiqlənməlidir. Xüsusilə maliyyə əməliyyatlarında ikili təsdiq mexanizmi olmalıdır.

Baş verənlər bir daha göstərir ki, qurumlarda davamlı kibertəhlükəsizlik təlimləri, sosial mühəndislik simulyasiyaları və insidentlərin operativ bildirilməsi mexanizmləri qurulmalıdır.

Oxu: Pensiya yaşına 1-2 il qalmış işləyən şəxslərin DİQQƏTİNƏ! — Vacib detal AÇIQLANDI

DTX artıq şəbəkənin bəzi iştirakçılarını müəyyən edib. Güman ki, mobil nömrə və SIM məlumatları, cihaz və IP izləri, platformaların texniki məlumatları və maliyyə tranzaksiyalarının əlaqələndirilməsi cinayətkarların izinə çıxmağa imkan verib.

Cinayətkarların, platformaların və bank hesablarının müxtəlif ölkələrdə olması isə beynəlxalq əməkdaşlığı zəruri edir. DTX də xarici dövlətlərin aidiyyəti qurumları və beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri ilə birgə araşdırmanın davam etdiyini bildirib”.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayaraq, son vaxtlar Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradıldığını, dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntularının qeydə alındığını açıqlayıb.

Bənzər Xəbərlər

12.08.2026 - 01:01Gülnar Əliyeva

Bir neçə kənd işıqsız qalacaq

12.08.2026 - 01:00Gülnar Əliyeva

İrəvan Rusiyadan qurtuluş planını açıqladı – Azərbaycan qazı Zəngəzurda

12.08.2026 - 00:57Gülnar Əliyeva

Moskva ilə Vaşinqton arasında sürpriz addım – Putin Tramp üçün bu şəxsi əfv etdi

12.08.2026 - 00:39Gülnar Əliyeva

Prezident elan etdi: Bu üç bölgə birləşdirilir

11.08.2026 - 23:37Gülnar Əliyeva

Prezident Naxçıvanda həmin xəbərin anonsunu verdi - SABAH İMZALANACAQ

11.08.2026 - 23:15Gülnar Əliyeva

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev

11.08.2026 - 22:50Gülnar Əliyeva

Pul kisələri dolacaq: Bu bürclər maddi sıxıntıdan çıxacaq

11.08.2026 - 22:39Gülnar Əliyeva

Bakının bu rayonlarında qaz olmayacaq

11.08.2026 - 22:38Gülnar Əliyeva

Bakıda yaşayanların diqqətinə!12 avqust 2026-cı il saat 08:00-dan...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 723

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 873

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 846

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 679
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.