Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Əli Əsədovun biznes və tikinti imperiyası – FOTOLAR
  • 11 illik buraxılış imtahanının nəticələri – Açıqlandı
  • İran Hörmüz boğazını açdı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Ecoinnovators: 6000 nəfər ekoloji mövzularda məlumatlandırılacaq

Ecoinnovators: 6000 nəfər ekoloji mövzularda məlumatlandırılacaq

Cəmiyyət Ariz Əhədov18.09.2025 - 15:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” baş tutub.

Yeniera.az xəbər verir ki, Şəki şəhərində çadır şəraitində baş tutan 5 günlük düşərgədə Mingəçevir, Qax, Sumqayıt, Bakı, Şəki, Zaqatala, Quba və.s fərqli regionlardan gənclər iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “SABAH.HUB”, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və digər tərəfdaş qurumlardan dəvət olunmuş ekspert və mütəxəssislərin, həmçinin peşəkar təlimçilərin iştirakı ilə “Sosial ekologiya nədir və ekoloji izimiz”, “Regionlarda ekoloji problemlər və onların həll yolları”, “Sosial sahibkarlıq nədir?”, “İnnovativ ekoloji texnologiyaların tanıtımı və tətbiqi”, “Dayanıqlı inkişaf məqsədləri”, “Startup ideyaları” mövzularında sessiya və təlimlər keçirilib. Bununla yanaşı, iştirakçılar üçün qrup işləri və vorkşoplar da təşkil olunub.

Layihə proqram xarakterli olmaqla iki illik dövrü əhatə edir. Bu müddət ərzində 6000-dən çox insanın ekoloji maarifləndirmə kampaniyaları vasitəsilə məlumatlandırılması planlaşdırılır. Gənclərin təşəbbüsü ilə həyata keçiriləcək təmizlik aksiyaları, ağacəkmə tədbirləri və sosial mediada paylaşılan maarifləndirici məzmunlar yerli icmalarda pozitiv dəyişikliklərə zəmin yaradacaq. İştirakçıların təşəbbüsü ilə öz bölgələrində 1000 nəfərə yaxın gənci maarifləndirərək azı 10 davamlı icma təşəbbüsünü həyata keçirmələri nəzərdə tutulub.

Düşərgənin əsas məqsədi gəncləri ekoloji problemlərə yaradıcı yanaşmalar axtarmağa, yaşıl texnologiyalar və sosial sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə təşviq etmək, eyni zamanda onları praktik bilik və vərdişlərlə dəstəkləyərək öz icmalarında davamlı təşəbbüslərə sövq etməkdir.

Layihənin uzunmüddətli hədəfi ekoloji məsuliyyət mədəniyyətini gücləndirmək və gənclərdən ibarət liderlər şəbəkəsi formalaşdırmaqdır. Bu istiqamətdə növbəti layihələrin də davam etdirilməsi nəzərdə tutulur.

image-54dce175-310d-4254-9d21-8523e99d822d image-8be71046-c9ef-43bf-8761-d9b0c81440f3 image-a23b8fbd-e074-462f-b952-7910b18d6105 image-8e0a44c3-4444-4354-a5b1-5e3888dc747d image-bb000d3c-53e9-4129-b731-ee22ed098dff image-27f2f994-af82-4a86-9137-3f57e7503dee

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bənzər Xəbərlər

17.04.2026 - 17:54Ariz Əhədov

11 illik buraxılış imtahanının nəticələri - Açıqlandı

17.04.2026 - 17:18Ariz Əhədov

Dolu, qar, sel... - Xəbərdarlıq - Yenilənib

17.04.2026 - 15:28Ariz Əhədov

Güclü külək əsəcək - Xəbərdarlıq

17.04.2026 - 13:12Ariz Əhədov

23 dərəcə isti... - Sabahın havası

17.04.2026 - 11:32Ariz Əhədov

Aprel ayının pensiyası bu tarixdə VERİLƏCƏK

17.04.2026 - 10:33Ariz Əhədov

Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır - Video

16.04.2026 - 23:00Ariz Əhədov

Bu tələb ləğv edildi - Arayışa ehtiyac yoxdur

16.04.2026 - 22:42Ariz Əhədov

Prezidentin qızı və gəlininin film təqdimatından - Fotoları

16.04.2026 - 22:30Ariz Əhədov

Bu ərazilərdə qaz kəsiləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 031

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 879

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 872

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 040
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.