Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı
  • Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama
  • Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Nazirlikdən sərt addım: “Azəriqaz” CƏRİMƏLƏNDİ

Nazirlikdən sərt addım: "Azəriqaz" CƏRİMƏLƏNDİ

Gündəm Ariz Əhədov23.01.2026 - 16:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi, Ağdaş rayonu, Kükəl kəndində fəaliyyət göstərən istixana təsərrüfatının sahibi “Azəriqaz” İstehsalat Birliyindən (İB) şikayət edib. Sahibkar bildirir ki, qaz sayğacı əvvəlcədən xəbərdarlıq edilmədən götürülüb, faktiki sərfiyyat nəzərə alınmadan normativ hesablanma aparılıb və nəticədə 27 min manat borc formalaşdırılıb. Sözügedən borca görə istixananın qaz təchizatı dayandırılıb və bu, istehsal prosesinə ciddi zərər vurub. Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edib.
Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli qərardadı ilə istixananın qaz təchizatının bərpa edilməsi qərara alınıb. Qərarın qəbulundan 25 gündən artıq vaxt keçməsinə baxmayaraq, məhkəmə qərarının icrası təmin olunmayıb.

“Azəriqaz” sayğacın sahibkar tərəfindən alınmamasını səbəb kimi göstərir. Sahibkar isə bildirir ki, ona bu barədə rəsmi müraciət edilməyib və sayğac olmasa belə, məhkəmə qərarına əsasən qaz normativlə hesablanmaqla bərpa edilməlidir.

Yeniera.az xəbər verir ki, Sfera.az qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qərarlarının dərhal icra olunması zərurəti ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, “Azəriqaz” qərarın icrası təmin etmədiyi üçün haqqında inzibati xəta haqqında protokol tərtib edilib.

“Bakı Kommersiya Məhkəməsinin 25.12.2025-ci il tarixli icra sənədinə əsasən Ağdaş rayonu, Kükəl kəndində yerləşən istixanaya təbii qazın verilməsinin ayandırılması borclu “Azəriqaz” İstehsalat Birliyinə qadağan olunub. İcra sənədi 26.12.2025-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olub, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək iş üzrə tərəflərə göndərilib. Qərardadın dərhal icra edilməli olduğu nəzərə alınaraq, “Azəriqaz” İB-yə 28.12.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməklə yanaşı, tələbin təmini məqsədilə borclu təşkilatla telefon vasitəsilə də əlaqə saxlanılıb. Bu zaman sözügedən ərazidə boruların yararsız halda olması səbəbi ilə qaz sızması baş verdiyi və nöqsan aradan qaldırıldıqdan sonra qaz verilişinin bərpa ediləcəyi bildirilib. Sonrakı dövrdə də tələb təmin edilmədiyindən 2026-cı ilin yanvar ayının 5-i va 8-i tarixlərində “Azəriqaz” İB ilə yenidən şifahi qaydada əlaqə saxlanılsa da, eyni səbəblər əsas gətirilərək qərarın icrası təmin olunmayıb. İcra sənədinin icrası təmin edilmədiyindən borclu təşkilat barədə 16.01.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə təqdim edilib və hazırda məhkəmənin icraatındadır”, – cavabda qeyd olunub.

Bənzər Xəbərlər

18.08.2026 - 00:15Gülnar Əliyeva

Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı

17.08.2026 - 23:55Gülnar Əliyeva

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

17.08.2026 - 23:40Gülnar Əliyeva

Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ

17.08.2026 - 23:10Gülnar Əliyeva

Fitnes məşqçisi Sara Əliyeva mükafata layiq görülüb

17.08.2026 - 22:45Gülnar Əliyeva

Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a AĞIR CƏZA

17.08.2026 - 22:21Gülnar Əliyeva

Pul verib ixtisas seçdirənlərə çağırış etdi

17.08.2026 - 22:19Gülnar Əliyeva

Bakıda gənc müəllim faciəli şəkildə öldü - FOTO

17.08.2026 - 21:40Gülnar Əliyeva

Kamilə Babayevaya ağır itki

17.08.2026 - 21:38Gülnar Əliyeva

Azərbaycanda dəhşətli qəza: 4 ölü, 8 yaralı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 799

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 925

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 887

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 719
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.