Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyi hamı əslən naxçıvanlı kimi tanıyır. Rəsmi sənədlərə görə, Əbülfəz Əliyev (Elçibəy) 1938-ci ilin 24 iyununda Naxçıvan MR Ordubad rayonunun Kələki kəndində anadan olub. Orta məktəbi də Ordubadda bitirib.
Yeniera.az bildirir ki, amma çoxlarının naxçıvanlı olaraq tanıdığı Əbülfəz Elçibəy əslən Muxtar Respublikadan deyilmiş.
Modern.az Elçibəyin əsil-nəcabəti ilə bağlı iddialara aydınlıq gətirilməsi üçün sabiq eks-prezidentin qardaşı oğlu Hürrü Əliyevlə əlaqə saxlayıb.
Elçibəyin qaradaşı oğlu əslən naxçıvanlı olmadıqlarını təsdiqləyib. O bildirib ki, Əbülfəz Elçibəyin həm ana, həm də ata tərəfi fərqli bölgələrdəndir. Yəni hər iki tərəf naxçıvanlı deyil:
“Ana tərəfimiz Qərbi Azərbaycandan – Qafan rayonunun Pirdavdan kəndindəndir. Bu dəqiqdir. Onlar keçən əsrin əvvəllərində – 1915-ci illərdə Qərbi Azərbaycandan Ordubadın Kələki kəndinə köçüblər. Burada da nənəmlə babam ailə həyatı qurublar”.

