Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tapdıq Həsənov vəfat etdi
  • 3 gün dayanmadan yağış yağacaq – Bu tarixlərdə
  • 42 günlük karantin elan edilə bilər – RƏSMƏN açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Əli Kərimlinin nə özü, nə də partiyası müxalifət deyil – Novella Cəfəroğlu

Əli Kərimlinin nə özü, nə də partiyası müxalifət deyil - Novella Cəfəroğlu

Siyasət Ariz Əhədov02.12.2025 - 17:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Milli Şura yaradılanda onun yığıncağını çağırmışdılar, bütün partiyalar gəlmişdi. Müsavat Partiyasından da nümayəndələr vardı. Mənsə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri kimi Milli Şuranın təşkil yaradılması prosesinə qatılmışdım. Onda hələ Milli Şura yaranmamışdı, onun nə nizamnaməsi, nə də digər sənədləri vardı, sadəcə belə bir ad səslənirdi”.

Bu sözləri Bakupost.az -a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu son günlər Ramiz Mehdiyevin işi ilə bağlı həbslər, Milli Şuranın Rusiyanın layihəsi olması barədə fikirlərə münasibət bildirərkən deyib.

N.Cəfəroğlunun sözlərinə görə, həmin yığıncaqda Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi elan edildi:

“Mən çıxış edib dedim ki, bu nə məsələdir? Milli Şura yoxdur, kimin adından və necə belə bir təqdimat verirsiniz? Şuranın heç adı yoxdur.
Biz bilirdik ki, o, Rusiya tərəfindən təqdim olunub. Üstəlik, o vaxt Azərbaycanda yaşamırdı. O, necə gəlib burada seçiləcək? Konstitusiyaya görə də ixtiyarı yox idi. 5 il Azərbaycanda yaşamayan bir şəxs öz namizədliyini verə bilməz. O vaxt Leyla Yunusun komandası, Cəmil Həsənli və başqaları da orada idi. Leyla Yunus mənə dedi ki, hökumət səni ələ alıb? Mən də cavab verdim ki, Azərbaycan hökuməti mənim hökumətimdir, səni isə Rusiya ələ alıb. Mən Rusiya hökumətinə deyil, öz hökumətimə işləyə bilərəm. Beləcə, orada mübahisə yarandı. Amma sağ olsunlar, Müsavat Partiyası çıxış etdi, gənclər təşkilatları – Tural Abbaslı və digərləri də mövqe bildirdi və biz hamımız iclası tərk etdik. Dedik ki, belə bir Milli Şuranı istəmirik, çünki artıq bilirdik ki, bu, Moskvadan gələn bir təklif idi. Sözsüz ki, təşkilat Rusiyadan idarə olunurdu. Birdən-birə Milli Şura hardan pul tapdı? Onlar necə toplandılar və bu qurumu yaratmaq istədilər?

O zaman Əli Kərimlinin tərəfdarları feysbukda məni çox söydülər, canları sağ olsun. Amma bu gün yenə deyirəm, kim ki Azərbaycanda bizim müstəqilliyimizə zərər gətirmək istəyir, o mənim düşmənimdir. Kim Rusiyanın və ya İranın əli ilə burada qarşıdurma yaratmaq istəyirsə, o da mənim düşmənimdir”.

N.Cəfəroğlu bildirib ki, bu gün Əli Kərimlinin siyasi arenada rolu yoxdur:

“Onun bu millətə deyəcəyi sözə heç kim qulaq asmayacaq. Onu qəhrəman kimi təqdim etməsinlər. O müxalifət deyil. Əli Kərimlinin partiyası da müxalifət deyil. Müxalifət təklif verir, Azərbaycanın problemlərini göstərir və onların həlli ilə bağlı danışır. Amma Əli Kərimlidə bu yoxdur, yalnız tənqid, yalnız çağırış… Buna görə də mən onları müxalifət partiyası hesab etmirəm. Onların Azərbaycanda nəsə etməyə gücü yoxdur. Lap istəyir Moskva qarışsın, içəridəki satqın oliqarxlar onlara dəstək olsun, yenə də Azərbaycanda iğtişaş yaratmağa gücləri çatmaz. Qarabağın alınması bu millətdə tamam başqa bir ovqat yaradıb. Ölkə daxilində də dəyişikliklər, islahatlar olacaq. Bir neçə il gözləmək lazımdır, hər şey yaxşı olacaq”.

Bənzər Xəbərlər

12.05.2026 - 00:07Ariz Əhədov

Tapdıq Həsənov vəfat etdi 

11.05.2026 - 23:45Ariz Əhədov

3 gün dayanmadan yağış yağacaq - Bu tarixlərdə

11.05.2026 - 23:24Ariz Əhədov

42 günlük karantin elan edilə bilər - RƏSMƏN açıqlandı

11.05.2026 - 23:10Ariz Əhədov

Professor Yaşar İbadov: Ulu Öndər Heydər Əliyev irsinə sədaqətin və elmin vəhdəti

11.05.2026 - 23:04Ariz Əhədov

Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub

11.05.2026 - 23:00Ariz Əhədov

Hərbi qulluqçularımız Kəlbəcərdə MİNAYA DÜŞDÜ

11.05.2026 - 22:00Ariz Əhədov

5 gün ardıcıl qeyri-iş günü olacaq

10.05.2026 - 18:30Ariz Əhədov

Həyat yoldaşının doğum gününə gedirdi – Faciəli şəkildə öldü

10.05.2026 - 18:22Ariz Əhədov

Xəbərdarlıq edildi- SABAH DİQQƏTLİ OLUN

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 428

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 147

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 983

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 205
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.