Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.
Yeniera.az bildirir ki, bu barədə AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.
Züleyxa Hacıyeva 1942-1992-ci illərdə Azərbaycan Radiosunda bir çox verilişlərin – “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s. aparıcısı olub.
Həmçinin o, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tanınır. Z.Hacıyeva idman sahəsində xidmətlərinə görə SSRİ idman ustası, gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu adına layiq görülüb.
