Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabahın havası ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
  • Xəstəliyin əlaməti BUDUR: Həkimlərdən MÜHÜM XƏBƏRDARLIQ
  • Pensiyalar bu tarixdə ödəniləcək – RƏSMİ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Epşteynin intihar qeydi yayımlandı – Foto

Epşteynin intihar qeydi yayımlandı - Foto

Dünya Ariz Əhədov07.05.2026 - 11:57
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ABŞ-də azyaşlı qızların cinsi istismarı və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbs edilən, 2019-cu ildə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynə aid olduğu iddia edilən intihar qeydi ictimaiyyətə açıqlanıb.

Yeniera.az CNN-ə istinadən xəbər verir ki, ABŞ federal hakimi Epşteynin ölümündən bir neçə həftə əvvəl yazıldığı bildirilən qeydin məxfiliyinin götürülməsinə qərar verib.

Qeyddə uzun sürən araşdırmalara baxmayaraq onun əleyhinə heç nə tapılmadığına işarə edən ifadələrin yer aldığı bildirilir. Mətndə belə cümlələrin olduğu qeyd olunur: “Məndən nə istəyirsiniz, ağlayım və sızıldayım? İnsan üçün nə vaxt vidalaşacağını seçə bilməsi böyük nemətdir”.

ABŞ mediasının məlumatına görə, qeydin, həqiqətən, Epşteyn tərəfindən yazılıb-yazılmadığı hələlik dəqiq müəyyən edilməyib.

Sənədin Epşteynin kamera yoldaşı Nikolas Tartalione tərəfindən tapıldığı bildirilir.

“New York Times” qəzetinin yazdığına görə, Tartalione həmin qeydi Epşteynin həbsxanada intihar cəhdindən bir neçə həftə sonra aşkarlayıb.

Qeyd daha sonra Tartalionenin cinayət işi çərçivəsində federal məhkəmə tərəfindən möhürlənərək gizli saxlanılıb. Tartalione isə sonradan məhkəməyə müraciət edərək sənədin açıqlanmasını istəyib.

Qeyd edək ki, Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropoliten İslah Mərkəzindəki kamerasında ölü tapılmışdı. Rəsmi versiyaya görə, o intihar edib.

Epşteyn işi illərdir ABŞ-də ən qalmaqallı cinayət işlərindən biri hesab olunur. Məhkəmə sənədlərində və istintaq materiallarında bir sıra məşhur siyasətçi, iş adamı və ictimai fiqurların adları çəkilib.

Onların arasında Böyük Britaniya şahzadəsi Endryu, ABŞ Prezidenti Donald Tramp, keçmiş Prezident Bill Klinton, keçmiş İsrail baş naziri Ehud Barak, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild və digər tanınmış şəxslər yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmaların nəticəsində Epşteynin yüksək vəzifəli şəxslərlə bağlı gizli “müştəri siyahısı” saxladığına dair sübut əldə olunmadığı açıqlanıb.

Bənzər Xəbərlər

07.05.2026 - 13:15Ariz Əhədov

Sabahın havası ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

07.05.2026 - 13:03Ariz Əhədov

Xəstəliyin əlaməti BUDUR: Həkimlərdən MÜHÜM XƏBƏRDARLIQ

07.05.2026 - 12:50Ariz Əhədov

Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ

07.05.2026 - 12:37Ariz Əhədov

Həmin gün metroda interval 3 dəqiqə olacaq

07.05.2026 - 12:25Ariz Əhədov

1 aylıq körpə oksigen çatışmazlığından öldü

07.05.2026 - 12:10Ariz Əhədov

Bu yol 1 sutkalıq bağlanacaq

07.05.2026 - 11:43Ariz Əhədov

Moskvada mobil internet 1 günlük tam söndürüləcək

07.05.2026 - 11:20Ariz Əhədov

Hərbi təlim toplanışlarından yayınanları - Hansı cəza gözləyir?

07.05.2026 - 11:06Ariz Əhədov

Türkiyə-Ermənistan danışıqlarının tərcüməçisi qəfil öldü

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 367

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 118

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 972

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 189
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.