ABŞ prezidenti Donald Tramp Qəzzanın gələcəyi ilə bağlı yeni açıqlamalar verib.
Yeniera.az xəbər verir ki, Tramp Qəzzada atəşkəs planı ilə bağlı Oval Ofisdə mətbuata müraciət edib.
“Mən Türkiyə prezidenti Ərdoğanla danışdım. O, gözəl insandır. Çox çalışır. O, çox güclü insandır və atəşkəsə nail olmaq üçün çox çalışır, HƏMAS da ona böyük hörmət bəsləyir”.
ABŞ prezidenti Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrin Qəzzada atəşkəs planının həyata keçirilməsinə mühüm töhfələr verdiyinə diqqət çəkərək, “Hər kəs bizim tərəfimizdədir”,-deyib.
Yeganə

