• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
10°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

13 Dekabr, 25 / 14:50
A A
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib.

Yeniera.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün dərin məzmunlu keçdiyini qeyd edib:

“Görüş zamanı sülh səylərini müzakirə etdik. Türkiyənin bu məsələdə harada dayandığını bütün aktorlar kimi Vladimir Putin də çox yaxşı bilir. Biz bu müharibənin artıq çoxdan bitməli olduğunu düşünürük və bunu bütün tərəfdaşlarımıza açıq şəkildə deyirik”, – o deyib.

R.T.Ərdoğan onu da bildirib ki, Qara dəniz qisas meydanına çevrilməməlidir: “Belə bir vəziyyət Rusiya və Ukraynaya yalnız zərər verər, heç bir fayda gətirməz. Qara dənizdə dənizçilik və naviqasiya təhlükəsizliyinə hamının ehtiyacı var. Bu mütləq təmin edilməlidir”.

Türkiyə Prezidenti bildirib ki, rusiyalı həmkarını ölkəsində gözlədiyini də qarşı tərəfə çatdırıb: “Görüşümüz zamanı xüsusilə ona hər an onu gözlədiyimi ifadə etdim. Bunun üçün də ən qısa zamanda bir araya gəlməli olduğumuzu müzakirə etdik. O da “sözümü yerinə yetirəcəyəm” dedi. Ümid edirəm ki, bu səfəri ən yaxın zamanda reallaşdırarıq”.

R.T.Ərdoğan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın da prosesdə iştirakına diqqət çəkib:

“Trampın fəal rol alması ilə yanaşı, biz də ABŞ-ni təşviq edirik. Xarici işlər naziri Hakan Fidanın ABŞ-dəki aidiyyəti şəxslərlə daimi əlaqəsi davam edir. Biz də zaman-zaman liderlərlə telefon diplomatiyası aparırıq. Putinlə keçirdiyimiz bu görüşdən sonra inşallah, ABŞ Prezidenti Tramp ilə də sülh planını dəyərləndirmək imkanı taparıq”.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Nazirlik onlara pul verəcək - SİYAHI - MƏBLƏĞ

Növbəti Yazı

Türkiyə Prezidenti: Əhatəli bir konstitusiya hazırlamaq niyyətindəyik

XƏBƏR LENTİ

Türkiyə Prezidenti: Əhatəli bir konstitusiya hazırlamaq niyyətindəyik

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

Nazirlik onlara pul verəcək - SİYAHI - MƏBLƏĞ

Bakıda qar yağacaq - Bu tarixdə

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

Sumqayıtda 27 yaşlı qadının abortdan sonra öldüyü iddia edilir

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb

Azərbaycanda süni intellekt fabriki qurulur – 2000-dən çox iş yeri açılacaq – FOTO

 Kamran Əsədova cinayət işi açıldı 

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Zod qızıl yatağında Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb

Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir - İşin birini 10 manatlıq şirkət görəcək

Quru sərhədləri gələn il açılacaq? - MÜHÜM AÇIQLAMA

Qurban bayramı bu tarixdə qeyd ediləcək

Temperatur kəskin enəcək, külək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycanda benzinlə bağlı RƏSMİ MƏLUMAT

Bakının bu hissəsinə giriş pullu olur? - AÇIQLAMA

Azərbaycanda yeni teatr studiyası yarandı – “Eynək” ilk tamaşasını təqdim etdi

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.