Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO
  • Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verdi – Bakıda
  • Subay kişilərə ŞOK QADAĞA – Qadınla birlikdə gəlməsələr…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Ərdoğandan dünyanı silkələyən çıxış: “Yolları açın, Böyük Türkiyə gəlir”

Ərdoğandan dünyanı silkələyən çıxış: “Yolları açın, Böyük Türkiyə gəlir” 

Dünya Gülnar Əliyeva15.08.2026 - 01:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın yaradılmasının 25-ci ildönümü proqramında çıxış edib.

Musavat.com xəbər verir ki, Ərdoğan bugünün xüsusi və tarixi gün olduğunu bildirərək, AK Partiyanın dörddə bir əsri geridə qoyduğunu deyib.

“Bu gün çox xüsusi, tarixi bir gündür. 25-ci ilimizi böyük qürurla qeyd edirik. AK kadrlar olaraq dörddə bir əsri geridə qoymağın xoşbəxtliyini yaşayırıq”, – Ərdoğan bildirib.

Türkiyə Prezidenti hakimiyyətdə olduqları müddətdə əldə edilən nəticələrdən danışaraq xalqdan aldıqları səlahiyyəti və dövlətin imkanlarını ölkənin böyüməsi və güclənməsi üçün istifadə etdiklərini vurğulayıb.

“İqtisadiyyat, səhiyyə, təhsil və nəqliyyat sahələrində Türkiyə tarixinin ən böyük investisiyalarını və layihələrini həyata keçirdik. ‘Edə bilməzlər’ dedilər, etdik, həm də ən yaxşısını etdik. Türkiyəni rahatlatdıq, ümidi artırdıq. Hər şeydən əvvəl Türkiyənin və millətin özünəinamını yüksəltdik”, – o deyib.

Ərdoğan iqtisadi göstəricilərə də toxunub: “36 milyard dollar olan illik ixracımız iyunda 278 milyard dollara çatdı. Milli gəlirimiz 240 milyard dollardan 1 trilyon 600 milyard dollara yüksəldi. Dünyanın 21-ci böyük iqtisadiyyatı olan Türkiyə 2025-ci ildən etibarən dünyada 16-cı, Avropada isə 6-cı yerə yüksəldi”.

Prezident enerji sahəsində əldə olunan nəticələrdən də danışıb. Onun sözlərinə görə, əvvəllər terrorun geniş yayıldığı Gabar bölgəsində hazırda gündəlik 83 min barel neft hasil edilir. Qara dənizdə aşkarlanan təbii qaz isə artıq milyonlarla evdə istifadə olunur.

Ərdoğan Türkiyənin avtomobil və müdafiə sənayesində əldə etdiyi nəticələri də xüsusi vurğulayıb: “Başqalarının istehsal etdiyi avtomobillərə həsrətlə baxmırıq, Togg-u gördükcə qürur duyuruq. Piyada tüfəngini belə xaricdən alan bir ölkəni öz hərbi gəmisini, pilotsuz uçuş aparatını, helikopterini, tankını, raketini və sualtı qayığını istehsal edən ölkəyə çevirdik”.

Ərdoğan başörtüsü qadağasının aradan qaldırılmasını, universitetlərə qəbulda əmsal ədalətsizliyinin ləğvini, fövqəladə vəziyyət rejiminin götürülməsini və fərqli dil və ləhcələrdə yayımların sərbəstləşdirilməsini də AK Partiya hakimiyyətinin nailiyyətləri sırasında göstərib. O, TRT Kurdî-nin yaradılmasını xatırladıb.

Türkiyə Prezidenti Ayasofyanın yenidən ibadətə açılmasına da toxunub: “Ayasofyanın qapısına vurulan zəncirləri qıracağıq dedik, Fatehin əmanəti Ayasofya-i Kebir Cami-i Şerifi yenidən ibadətə biz açdıq”.

Ərdoğan qarşıdakı dövr üçün də iddialı mesajlar verib: “Dörddə bir əsrdə böyük işlər gördük, amma bitmədi. Heç vaxt da bitməyəcək. Heç kim bizdən yorulmağımızı gözləməsin. Daha yeni başlayırıq. Türkiyəni bu hərəkat, bu kadrlar, bu gənclər, onların övladları və nəvələri, inşallah, əvvəlcə 2053-ə, sonra isə 2071-ə aparacaq”.

Çıxışın ən diqqətçəkən hissələrindən birində Ərdoğan bildirib: “Qardaşlığımız yenidən məna qazanır, gücümüzə güc qatılır, tarix yenidən yazılır. Yolları açın, ‘Böyük Türkiyə Cümhuriyyəti’ gəlir”.

Ərdoğan siyasətdə 50 ili geridə qoyduğunu və fəaliyyətini davam etdirəcəyini də açıqlayıb: “Allah ömür və sağlamlıq versə, daha uzun illər Türkiyəyə xidmət mübarizəsinin içində olacağam. Əziz millətimin duası və rəğbəti ilə, inşallah, bu ölkə üçün eşqlə çalışmağı davam etdirəcəyəm. Bu can bu bədəndə olduğu müddətdə bu sevdamız bitməyəcək”.

 

 

Bənzər Xəbərlər

16.08.2026 - 21:42Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

16.08.2026 - 21:00Gülnar Əliyeva

Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verdi - Bakıda

16.08.2026 - 20:27Gülnar Əliyeva

Subay kişilərə ŞOK QADAĞA - Qadınla birlikdə gəlməsələr...

16.08.2026 - 20:16Gülnar Əliyeva

Ronaldo futboldan gedir - tarixi açıqladı

16.08.2026 - 18:22Gülnar Əliyeva

Sabah bu rayonun 12 kəndində qaz KƏSİLƏCƏK

16.08.2026 - 18:20Gülnar Əliyeva

Heydər Əliyev niyə məhz onu seçdi? – Vəfat edən generalla bağlı detallar

16.08.2026 - 18:18Gülnar Əliyeva

Bu BÜRCLƏR təhlükə altındadır - XƏBƏRDARLIQ

16.08.2026 - 16:17Gülnar Əliyeva

Şəhid övladları üçün “Psixoloji Teatr Təlimləri”nə başlanılır

16.08.2026 - 15:40Gülnar Əliyeva

50 yaşdan yuxarı olanlara ŞOK XƏBƏRDARLIQ 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 788

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 911

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 877

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 707
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.