Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudandakı vətəndaş müharibəsi ilə bağlı açıqlama verərək, İslam ölkələrini böhranın həllində məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Yeniera.az xəbər verir ki, o, bu sözləri böyük beynəlxalq tədbir zamanı səsləndirilib.
Türkiyə lideri 29 ay davam edən davam edən münaqişəyə toxunaraq, El Faşerdəki faciəvi vəziyyəti vurğuladı. Ərdoğan bildirib ki, dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ürəyi olan hər kəs üçün qəbuledilməzdir.
O, qan tökülməsinə son qoyulması üçün əsas məsuliyyətin İslam dünyasının üzərinə düşdüyünü vurğulayıb: “Biz buna biganə qala bilmərik. Müsəlmanlar olaraq problemlərimizi özümüz həll etməliyik”.
Ərdoğan həmçinin Sudanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumağa çağırıb. O, hesab edib ki, bu çətin dövrdə Sudan xalqına humanitar yardım və inkişaf dəstəyinin göstərilməsi böyük əhəmiyyət kəsb edir.
Yeganə

