• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

25 Sentyabr, 25 / 10:27
A A
Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və digər iki zabitin məhkəmə araşdırması davam edir.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hazırkı mərhələdə ittiham tərəfinin şahidləri ifadə verir.

Şahid Əhməd Əhmədov deyib ki, xaricdə magistratura təhsili aldığı üçün hərbi xidmətdən möhlət hüququ alması lazım imiş. Bu məsələdə tanışının vasitəsilə Ramin Şükürovla görüşüb: “Dostumun atası əvvəllər hərbi komissar olub. Bu işdə mənə o kömək etdi. Onunla birlikdə Xəzər Rayon Hərbi Komissarlığına getdik. Orada rəis Ramin Şükürovla görüşdük. Komissara dedim ki, belimdə və gözümdə problemlər var, həmçinin xaricdə təhsil alıram. Dedilər ki, bu məsələyə baxacağıq. Tibbi müayinələrdən sonra dostumla təkrar görüşdüm. Söylədi ki, bu iş 22 min manata həll edilə bilər. Həmin pul da hərbi komissara çatacaqmış. Pulu verəndən sonra da xidmətə yararsız olmağım barədə hərbi bileti verdilər”.

Şahid Araz Məmmədov isə həmin Dövlət Xidmətində işləyən tanışı vasitəsilə başqa birinin əsgərlik məsələsini həll edib: “Mən özüm Yasamalda kafe işlədirəm. Müştərim Bəhrəm Cəlilov var idi, Səfərbərlik Xidmətində işləyirdi. Bir gün ofisiantlardan birinin qohumunun əsgərlik məsələsini həll etməyi xahiş etdim. Bunun üçün 6 min manat istədi. Həmin pulu ona verdim. Amma Ramin Şükürovu tanımıram. Bəhrəmin pulu ona verib-vermədiyini də bilmirəm”.

Hakim Fikrət Əliyev şahidin əvvəlki ifadəsini elan edərkən məlub olub ki, Arazın özünün də bu işin həll edilməsində marağı olub. Belə ki, onu sadəcə yaxşı qonaqlıqla şirnikləşdiriblər. İş düzələndən sonra da hamam qonaqlığı təşkil edilib. Qonaqlıqda xidmətdən yayınan çağırışçı özü də iştirak edib.

Proses oktyabrın 1-i digər şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi. O, bundan əvvəlki məhkəmədə yenidən ev dustaqlığına buraxılıb. Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Neftimiz BAHALAŞDI

Növbəti Yazı

Ərdoğanın Makronla zarafatı gündəm oldu - VİDEO

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.