Estoniya hakimiyyəti Rusiyanın Saatse Boot adlanan hissəsindən qismən keçən Värska-Saatse magistralında nəqliyyatın hərəkətini həmişəlik qadağan etmək qərarına gəlib.
Yeniera.az xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri İqor Taro bildirib.
Värska-Saatse yolu sovet dövründə çəkilib. Rusiya ərazisini iki dəfə keçir: birinci dəfə 30 metr, ikinci dəfə bir kilometr. Yolda piyadaların hərəkəti qadağandır.
“Yolun bu hissəsi nəqliyyatın hərəkəti üçün tamamilə bağlanmalıdır”, – Estoniyanın daxili işlər naziri bildirib.
Taro bu qərarın təhlükəsizlik səbəbi ilə verildiyini açıqlayıb. Estoniyanın baş naziri Kristen Michal da hakimiyyətin dolama yolun tikintisini sürətləndirmək qərarına gəldiyini açıqlayıb.
Oktyabrın 10-da Estoniya Polisi və Sərhəd Mühafizəsi İdarəsi elan etdi ki, Rusiya sərhədçiləri tərəfindən yola bitişik Rusiya ərazisində iddia edilən “fəallıq” səbəbindən magistralın bir hissəsində nəqliyyatın hərəkətini məhdudlaşdırmaq qərarına gəlib.
Yeganə

