• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

"Euronews" TDT-nin Dövlət Başçıları Şurasının Qəbələdəki toplantısı ilə bağlı reportaj hazırlayıb

16 Oktyabr, 25 / 9:17
A A
"Euronews" TDT-nin Dövlət Başçıları Şurasının Qəbələdəki toplantısı ilə bağlı reportaj hazırlayıb

“Euronews” telekanalı Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü ilə bağlı reportaj hazırlayıb.

Yeniera.az-ın xəbərinə görə, “Regional birlikdən qlobal təsirə: Azərbaycan türk xalqlarının rolunu müəyyənləşdirir” adlı materialda vurğulanır ki, daxili siyasi və iqtisadi sabitlik, mühüm geostrateji məkan, əlverişli demoqrafik vəziyyət və gənc əhali, geniş nəqliyyat və logistik imkanlar, təbii ehtiyatlar, artan hərbi və hərbi-texniki potensial Türk Dövlətləri Təşkilatını dünya arenasının mühüm oyunçusuna çevirir.

“Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, eləcə də müşahidəçi qismində Türkmənistan və Macarıstan liderlərini bir araya gətirdi. TDT uzun müddətdir ki, türkdilli xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ilkin mandatını aşaraq genişlənib.

O, zaman keçdikcə vəzifələrini 40 istiqamətdə – infrastruktur və ticarətdən su təsərrüfatına və hətta kosmik tədqiqata qədər genişləndirdi”, – süjetdə bildirilir.

Həmçinin qeyd olunur ki, Azərbaycan sammitə ev sahibliyi edən ölkə kimi əvvəllər demək olar gündəmə gətirilməyən müdafiə sahəsində əməkdaşlıq mövzusunu gündəmə gətirib.

“Sammit ölkələri sülh və təhlükəsizlik sahəsində qüvvələri birləşdirməyə, müdafiə sənayesini gücləndirməyə, həmçinin mülki xidmətlər və xilasetmə qrupları ilə əməkdaşlığa, hətta birgə təlimlər keçirməyə çağırıb. Üzv dövlətlər münaqişə ocaqları ilə əhatə olunub və təhlükəsizlik hamı üçün zərurətə çevrilib”, – Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, Qəbələ Sammitində liderlər təşkilatla digər ölkələr arasında əməkdaşlığı nəzərdə tutan yeni OTS PLUS təşəbbüsünü qəbul ediblər.

“Özbəkistan türk dövlətlərinin məqsədi maşınqayırma, mədənçıxarma, neft-kimya, əczaçılıq, tekstil və qida sənayesi sahələrində birgə layihələr üçün Türk Sənaye Alyansını formalaşdırmaq olan İqtisadi Tərəfdaşlıq üzrə daimi Şurasının yaradılmasını təklif edib.

Həmçinin ticarətin sürətləndirilməsi və texniki standartların birləşdirilməsi üçün türk ölkələrinin “Yaşıl dəhliz” elektron sisteminin tətbiqi planlaşdırılır”, – Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov bildirib.

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

Dünyanın ən güclü pasportu bu ölkənindir

Növbəti Yazı

Qızılın qiyməti tarixi maksimumu yenilədi

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.