• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz

23 Sentyabr, 25 / 10:30
A A
Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz

Son aylar Bakıda Baş plan çərçivəsində genişmiqyaslı söküntülərə start verilib. Nərimanovdan Səbailə qədər bir çox rayonları əhatə edən prosesdə əsas sual plana düşən evlərin qiymətləndirilməsi və təzminat məbləğidir. Xüsusilə bir şəxsin adına rəsmiləşdirilmiş, lakin ayrı-ayrı yaşayış kimi istifadə olunan iki və daha çoxmərtəbəli həyət evlərinin kompensasiyası ictimai maraq doğurur.

Plana düşən evlərin qiyməti hansı qaydada hesablanır? Çoxmərtəbəli, ayrı yaşayışlı, amma bir şəxsin adına sənədləşdirilmiş evlərdə təzminat necə müəyyən olunur? Belə hallar verilən məbləğə təsir edirmi?

Yeniera.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, həyət evləri və çoxmərtəbəli binalar sökülərkən əmlakın sahəsi, mərtəbə sayı və digər göstəricilərindən asılı olmayaraq, proses yalnız əmlak sahibi ilə tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir:

“Əmlak toxunulmazdır və söküntü yalnız sahibin razılığı ilə mümkündür. Əgər mənzil çox kiçik sahəyə malikdirsə (məsələn, 15-20 kvadrat metr), yeni tikililərdə belə ölçüdə mənzil olmadığından şirkət həmin vətəndaşa daha böyük, adətən 40-45 kvadratlıq ev təklif edir. Bu, kiçik sahəli mənzillər üçün xüsusi güzəşt kimi tətbiq olunur. Sahənin ölçülməsi çöldən-çölə aparılmalıdır. Çünki orta divarlar da söküldüyündən həmin sahə hesablanmalı və vətəndaşın ümumi kvadratına daxil edilməlidir. Necə ki, yeni tikililərdə şaxta və hava bacaları belə ümumi kvadrata əlavə olunaraq satılır, eyni qayda həyət evlərinə də tətbiq edilməlidir. Yəni sahə çöldən-çölə ölçülməli və vətəndaşın ümumi kvadrat sahəsi dəqiq müəyyənləşdirilməlidir”.

Ekspert bildirib ki, söküntü prosesi əsasən dörd mərhələdən ibarətdir:

“Birinci mərhələdə kvadrat düzgün hesablanmalı, tərəflər bunun əsasında razılığa gəlməlidir. İkinci hissədə tikinti bitənə qədər vətəndaş mütləq kirayə mənzillə təmin olunmalıdır. Müqavilədə müddət “iki il” kimi konkret yazılmamalı, “yeni mənzil təhvil verilənədək” kimi göstərilməlidir. Əks halda, tikinti yubandıqda şirkət kirayə ödənişini dayandıra və mübahisələr yarana bilər. Üçüncü mərhələdə vətəndaşa sökülən mənzilin sahəsi və vəziyyəti nəzərə alınmaqla yeni binada eyni, yaxud uyğun kvadratlı mənzil təqdim olunmalıdır. Kiçik fərqlər tərəflərin razılaşması əsasında müəyyən edilə bilər. Dördüncü mərhələ kimi mənzilin təmiri də nəzərdə tutulur. Tikinti şirkəti mənzili ya təmir edib təhvil verir, ya da vətəndaşla razılaşaraq təmir pulunu əlavə kvadratla əvəz edir”.

A.Nəsirov qeyd edib ki, bütün razılaşmalar mütləq yazılı müqavilə əsasında aparılmalı və yalnız diqqətlə oxunduqdan sonra imzalanmalıdır:

“Əks halda, proses məhkəmə predmetinə çevrilə bilər. Qanunda söküntü ilə bağlı dəqiq qaydalar tam nəzərdə tutulmadığı üçün bütün məsələlər qarşılıqlı razılaşma, vicdanlı yanaşma və mövcud təcrübə əsasında həll olunmalıdır”.

Ən son xəbərləri bizim Facebook səhifəmizdə izləyin @yeniera
Öncəki Yazı

DİN əməliyyat keçirib, 30 kq narkotik aşkarlanıb - VİDEO

Növbəti Yazı

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə iştirak etdilər

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.