Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Yaxın-uzaq Danimarka – qürbətdə yaşanan doğmalıq – FOTO
  • Sabah bu ərazilərdə işıq olmayacaq
  • Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – Foto
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Eynulla Fətullayevin saytını alan Adəm İsmayılov kimdir?

Eynulla Fətullayevin saytını alan Adəm İsmayılov kimdir?

Gündəm Ariz Əhədov09.06.2026 - 23:59
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Jurnalist Eynulla Fətullayev son günlər ətrafında yaranan müzakirələrlə bağlı iki ayrı açıqlama yayıb. Açıqlamalardan biri son proseslərə münasibətə həsr olunub, digərində rəhbərlik etdiyi Haqqın.az saytının satışı məsələsinə aydınlıq gətirilib.

Fətullayev bildirib ki, Haqqın.az notariat qaydasında Adəm İsmayılova satılıb. Bu açıqlamadan sonra ictimaiyyət arasında Adəm İsmayılovun kimliyi və onun ölkənin informasiya resurslarından birini hansı məqsədlə aldığı barədə suallar yaranıb.

Yeniera.az xəbər verir ki, Adəm İsmayılov Azərbaycan ictimai-siyasi mühitində yeni sima deyil. O, ötən il sabiq deputat Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyasını da alıb. Həmin dövrdə keçirilən qurultaydan sonra partiyanın sədri seçilən İsmayılovun bu prosesdə ciddi maliyyə resurslarından istifadə etdiyi barədə müxtəlif iddialar səsləndirilib.

İsmayılovun adı daha əvvəl də mediada müxtəlif məsələlər kontekstində hallanıb. Yerli mətbuatda onun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla əlaqələrinin olduğu barədə məlumatlar dərc edilib. Həmin yazılarda o, Çovdarovun yaxın çevrəsinə aid şəxs kimi təqdim olunub.

Bundan başqa, Adəm İsmayılov və qardaşı Azər İsmayılovun adları Bakıda tikinti layihələri ilə bağlı mübahisəli məsələlərdə də çəkilib. Yerli mediada yayılan məlumatlara görə, onlar Yasamal rayonu ərazisində yaşıllıq sahələrinin məhv edilməsi hesabına Milli Məclis deputatları və əməkdaşları üçün yaşayış binasının tikintisi layihəsində iştirak ediblər. Yaşıllıq ərazinin kütləvi məhv edilməsi ilə bağlı İctimai etirazlardan sonra layihənin dayandırıldığı bildirilirdi.

Adəm İsmayılov bir müddət Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, ekspert və idarə rəisi kimi fəaliyyət göstərib. Daha sonra dövlət xidmətindən ayrılaraq ictimai-siyasi fəaliyyətə üstünlük verib.

Hazırda Adəm İsmayılov Vəhdət Partiyasının sədri olmaqla yanaşı, politoloq kimi də fəaliyyət göstərir.

Qeyd edək ki, Eynulla Fətullayevın sözlərinə görə, o, artıq Türkiyəyə köçüb və orada yaşayır./Globalibfo.az/

Bənzər Xəbərlər

23.09.2026 - 18:00Gülnar Əliyeva

Əfv edilənlər kimlərdir?

23.09.2026 - 17:45Gülnar Əliyeva

Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb

23.09.2026 - 17:25Gülnar Əliyeva

Prezident ona yüksək vəzifə verdi - FOTO+ DOSYE

23.09.2026 - 17:00Gülnar Əliyeva

Prezidentdən “AzerGold”la bağlı - Sərəncam

23.09.2026 - 16:50Gülnar Əliyeva

Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 - 15:24Gülnar Əliyeva

Martin Ryan azadlığa buraxıldı

23.09.2026 - 14:21Gülnar Əliyeva

Əfv Sərəncamının icrası yekunlaşdı - Video-Yenilənib

23.09.2026 - 11:25Gülnar Əliyeva

İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - Fotolar - Yenilənib

23.09.2026 - 11:15Gülnar Əliyeva

Prezident onu təbrik etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 078

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 113

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 028

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 823
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.