Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Azərbaycana gətirilərək dəfn edilib.
Yeniera.az xəbər verir ki, mərhum Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tarpşırılıb.
Fərqanə Abbasova infraktdan vəfat etsə də, Türkiyə mətbuatı gənc həkimin başqa səbəbdən vəfat etməsi barədə iddialar irəli sürüb. Lakin Abbasovanın yaxınları bu xəbərlərini yalanlayıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Fərqanə Abbasova daha sonra təhsilini Türkiyədə davam etdirib. O, təhsilini başa vurduqdan sonra bu ölkədə ixtisası üzrə çalışıb. Fərqanə Abbasova Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin bacısı qızıdır.

