Yüzlərlə fələstinli ailə şəhərin mərkəzi və cənub hissələrinə köç etmək məcburiyyətində qalıb.
Yeniera.az xəbər verir ki, Rəşid küçəsi, Əl-Şati Qaçqın Düşərgəsi yaxınlığından cənuba doğru uzanan sahil yolu, Qəzza zolağının şimalı ilə cənubunu birləşdirən əsas marşrutdur.
İsrail qüvvələri Qəzza zolağının şərqindəki Səlahəddin küçəsini bağladıqdan sonra fələstinlilər şəhərin şimalı ilə cənubunu birləşdirən Rəşid küçəsindən istifadə etməyə başlayıblar. Avqustun 8-də İsrail hökuməti Baş nazir Benyamin Netanyahunun təqdim etdiyi Qəzza zolağının mərhələli, tam işğalını nəzərdə tutan planı təsdiqləyib. Plan, təxminən bir milyon əhalisi olan Qəzzada başlamağı nəzərdə tuturdu.
Qərardan 3 gün sonra İsrail ordusu Qəzzaya genişmiqyaslı hücuma keçib. Hücumlara mülki evlərin, hündürmərtəbəli binaların, əmlakın və qaçqın çadırlarının sökülməsi, xəstəxanaların bombalanması və yerüstü hücumların həyata keçirilməsi daxildir.
Yeganə

