Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Zaur Əmiraslanova ağır itki üz verdi
  • “Bunu anama hədiyyə verəcəm…” – Alyona Əliyeva
  • Tramp İrana kimin başçılıq edə biləcəyini açıqladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»FHN hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

FHN hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Cəmiyyət Ariz Əhədov13.01.2026 - 11:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Yeniera.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:

“Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”.

Bənzər Xəbərlər

04.03.2026 - 00:29Ariz Əhədov

Zaur Əmiraslanova ağır itki üz verdi

03.03.2026 - 23:49Ariz Əhədov

"Bunu anama hədiyyə verəcəm..." - Alyona Əliyeva

03.03.2026 - 23:46Ariz Əhədov

Tramp İrana kimin başçılıq edə biləcəyini açıqladı

03.03.2026 - 23:25Ariz Əhədov

Bakıda sarı xəbərdarlıq verildi

03.03.2026 - 23:23Ariz Əhədov

Azərbaycanda qar yağacaq - Bu tarixdə

03.03.2026 - 23:15Ariz Əhədov

5 rayonun rəhbərliyində dəyişiklik oldu

03.03.2026 - 18:50Ariz Əhədov

Şok FAKT! İranda Azərbaycanla bağlı bu qadağa tətbiq edilib?

03.03.2026 - 17:20Ariz Əhədov

Xameneinin səhhəti əladır - İran KİV

03.03.2026 - 15:43Ariz Əhədov

Bu şəxslərin maaşı ARTIRILDI - RƏSMİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:284. 603

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 534

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:263. 949

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 623
logo
Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.