HƏMAS daxilində fikir ayrılıqları davam etsə də, hərəkat Trampın Qəzza planını qəbul etməyə hazırlaşır.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, bu iddiayla Fransanın “Le Figaro” nəşri çıxış edib.
Məlumata görə, HƏMAS cavabını cümə axşamı günü açıqlayacaq.
Fələstin mənbələrinə görə, HƏMAS planı qəbul etməzdən əvvəl müəyyən şərtlər irəli sürüb.
Bu şərtlərə tərksilahla bağlı müddəaların dəyişdirilməsi, İsrail ordusunun Qəzzadan tamamilə çıxarılması və girovlar azad edildikdən sonra müharibənin yenidən başlamayacağına dair beynəlxalq zəmanət daxildir.
Onu da əlavə edək ki, HƏMAS silahsızlaşdırma və HƏMAS əməliyyatçılarının ölkədən çıxarılması kimi maddələrə düzəlişlər edilməsini tələb edib.
Həmas liderləri həmçinin İsrailin Fələstin ərazilərinin daxilində və xaricində sui-qəsdlər törətməyəcəyinə dair təminat tələb edirlər.
Rza Əli

