Fransa və İspaniyada meşə yanğınları genişlənir
Avropada davam edən isti hava dalğası Fransa və İspaniyada meşə yanğınlarının daha da böyüməsinə səbəb olub.
Məlumata görə, minlərlə sakin təhlükəsizlik məqsədilə evakuasiya edilib. Yanğınların söndürülməsinə yüzlərlə yanğınsöndürən və aviasiya qüvvələri cəlb olunub.
Sinoptiklər yaxın günlərdə yüksək temperaturun davam edəcəyini bildirirlər.
YENİERA.AZ
