Fransanın baş naziri Sebastian Lekornu təyinatından bir ay keçməmiş istefa verib.
Yeniera.az xəbər verir ki, Lekornu istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib.
Makron artıq baş nazirin istefasını qəbul edib. Məlumata görə, onun istefasına səbəb sağçı partiyaların sərt tənqidi olub.
Xatırladaq ki, Lekornu sentyabrın 10-da əvvəlki baş nazir Fransua Bayrunun istefasından sonra hökumətin başına keçmişdi.
Yeganə

