Fransada müxtəlif sahələrdə 60 min yazıçını təmsil edən Müəllif Hüquqları Cəmiyyəti SACD sosial media platforması “TikTok”u məhkəməyə verib.
Yeniera.az xəbər verir ki, kino, televiziya, teatr və komediya sahələrində təqribən 60.000 yazıçını təmsil edən Müəllif Hüquqları Cəmiyyəti olan SACD, TikTok sosial media platformasını müəllif hüquqlarının pozulmasına görə məhkəməyə verdiyini açıqlayıb.
Açıqlamada SACD, “TikTok”-un illərdir icazəsiz SACD repertuarından qorunan əsərlərdən istifadə etdiyini, müəlliflərə məqbul təzminat təklif etmədiyini və tələb olunan məzmunu platformadan silmədiyini bildirdi.
Qanun pozuntularının geniş siyahısı diqqəti cəlb edib.
Cəmiyyət TikTok videolarında məşhur fransız filmləri, cizgi serialları və komediya eskizlərindən dialoq və səhnələrin icazəsiz istifadə edilməsinə dair nümunələr göstərib.
Dörd il davam edən nəticəsiz danışıqlardan sonra SACD əsərləri platformada istifadə edilən yazıçıların dəymiş ziyana görə kompensasiya tələbi ilə məhkəməyə müraciət etdiyini açıqladı.
İş üzrə ilk məhkəmə iclası martın 18-nə təyin edilib.
Yeganə

