Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Qarabağ”da İLK AYRILIQ – Norveç klubuna keçdi
  • Türkiyədə bir qəza ilə həyatı dəyişən azərbaycanlı Nail hamını kövrəltdi – Video
  • “Qarabağ” Zubirin əvəzinə həmyerlisini gətirir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Gələn ildən bu şəxslər də vergi ödəyəcək – YENİLİK

Gələn ildən bu şəxslər də vergi ödəyəcək - YENİLİK

İqtisadiyyat Ariz Əhədov29.12.2025 - 10:20
[ File # csp5324016, License # 2715984 ] Licensed through http://www.canstockphoto.com in accordance with the End User License Agreement (http://www.canstockphoto.com/legal.php) (c) Can Stock Photo Inc. / gunnar3000
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq.

Bəs özəl sektorda çalışan hansı vətəndaşlarımıza vergi güzəştləri şamil olunacaq?

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, məcəlləyə əsasən, bütövlükdə bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur:

“Yəni, əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq (1000 manat- 200 manat X 3 faiz).
Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, dul həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Yəni, özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək maaş alırlarsa heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə cəmi 6 manat (1000 manat-800 manat X 3 faiz) vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur”.

Millət vəkili qeyd edib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşlarımızın gəlirindən vergi tutulan zaman 400 manatlı hissəyə güşt tətbiq ediləcək:

“Gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əmək haqqı məbləğindədirsə vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat (1000 manat- 400 manat X 3 faiz) vergi ödəyəcəklər.
Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlar ilə yanaşı, son illər ölkəmizdə orta aylıq əmək haqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinə baxılıb artırılması məqsədəuyğun olardı”.

Bənzər Xəbərlər

13.03.2026 - 13:58Ariz Əhədov

“Qarabağ”da İLK AYRILIQ -  Norveç klubuna keçdi

13.03.2026 - 13:30Ariz Əhədov

“Qarabağ” Zubirin əvəzinə həmyerlisini gətirir

13.03.2026 - 13:16Ariz Əhədov

Tanınmış modelyer evində ölü tapıldı - Foto

13.03.2026 - 12:50Ariz Əhədov

"Əlli min müəllim ixtisar oluna bilər" - Əli Əhmədov

13.03.2026 - 12:38Ariz Əhədov

İranda hakimiyyət ƏLƏ KEÇİRİLDİ- Müctəba Xamenei ÖLƏRSƏ…

13.03.2026 - 12:25Ariz Əhədov

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı

13.03.2026 - 12:13Ariz Əhədov

Sosial ödənişlər artırılır? Baş nazir AÇIQLADI

13.03.2026 - 12:00Ariz Əhədov

Mayda 14 gün İŞ OLMAYACAQ - TƏQVİM

13.03.2026 - 11:48Ariz Əhədov

Bu rayonun bəzi kəndləri birləşdiriləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 082

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 658

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 285

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 751
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.