Cənubi Afrika Respublikasının ev sahibliyi etdiyi həmrəylik, bərabərlik və davamlılıq mövzusunda keçirilən G20 Liderlər Zirvəsi yekunlaşıb.
Yeniera.az xəbər verir ki, noyabrın 22-23-də Yohannesburq Ekspo Mərkəzində (NASREC) keçirilən sammitdə Qlobal Cənubdakı əsas məsələlər, o cümlədən iqlimin maliyyələşdirilməsi, borcların azaldılması mexanizmlərinin gücləndirilməsi, inkişaf investisiyalarına daha ədalətli çıxış və yerli iqtisadiyyatlarda kritik mineralların dəyərinin saxlanılması müzakirə edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi sammitdə Fransa prezidenti Emmanuel Makron, Hindistanın baş naziri Narendra Modi, Almaniya kansleri Fridrix Merz, İngiltərə baş naziri Key Starmer, Braziliya prezidenti Luiz İnasio Lula da Silva, İtaliyanın baş naziri Giorgia Meloni, Yaponiyanın baş naziri Takaiçi Sanae, Kanadanın baş naziri Mark Karneyyan, Avstraliyanın baş naziri Mark Karneyyan və digərləri iştirak edib.
Yeganə

