Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ​Bazar günləri bəxti gətirən 5 bürc
  • Kombilərlə bağlı QƏRAR VERİLDİ: İcazə verilməyəcək – VİDEO
  • “Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib – FOTOLAR

“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR

İqtisadiyyat Ariz Əhədov13.04.2026 - 15:22
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ölkəmizdə müxtəlif sahələr üzrə çoxşaxəli fəaliyyət göstərən “Ganjavi Holding” 5 illik yubileyini geniş proqramlı, xüsusi təşkil olunmuş ziyafətlə qeyd edib.

Yubiley tədbiri holdinqin ötən illər ərzində keçdiyi inkişaf yoluna nəzər salmaq, əldə olunan uğurları bölüşmək və komanda ruhunu ön plana çıxarmaq məqsədi daşıyıb.

Tədbirdə Milli Məclisin deputatları, rəsmi qurumların nümayəndələri, media nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, yaradıcı şəxslər, holdinqin əməkdaşları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Çıxışlarda holdinqin 5 illik fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək hədəfləri ilə bağlı fikirlər səsləndirilib, iştirakçılar tərəfindən təbriklər çatdırılıb.

Tədbir çərçivəsində qonaqlar üçün canlı musiqi və yaradıcı proqramı təqdim olunub.

Sonda holdinqin inkişafına töhfə vermiş əməkdaşlar və tərəfdaşlar müxtəlif nominasiyalar üzrə simvolik mükafatlarla təltif olunublar. Bu addım şirkətin komanda ruhuna və əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilib.

05 aprel 2021-ci ildə iqtisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvi tərəfindən təsis olunan “Ganjavi Holding” qısa müddətdə müxtəlif sahələri əhatə edən güclü platformaya çevrilib. Holdinq maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlaşdırılması, yeni bizneslərin qurulması və idarə olunması, alternativ təhsil və təlim proqramları, layihələrin hazırlanması, kuryer və poçt xidmətləri, media üzərindən reklam, hüquqi və inzibati xidmətlər, İT həlləri, eləcə də səyahət və səfərlərin təşkili kimi geniş istiqamətlər üzrə fəaliyyət göstərir.

Bununla yanaşı, holdinq informasiya sferasında da aktiv rol oynayaraq iqtisadi, ictimai və sosial mövzuların işıqlandırılmasına və analitik materialların hazırlanmasına xüsusi önəm verir. Hazırda “Ganjavi Holding”in tərkibində “Najafsoy Group”, “Ganjavi Media”, “Strateji.az” və “Siyasi.az” xəbər portalları, “ELSHAN GANJAVI” şirkəti, “Public” və “Gəncəvi” jurnalları, eləcə də “GƏNCƏVİ” Milli Mükafatı layihəsi fəaliyyət göstərir.

Peşəkar fəaliyyəti ilə yanaşı, ictimai və sosial sahədə də aktiv olan Elşən Gəncəvi müxtəlif dövrlərdə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyində maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində ictimai və sosial şuranın rəhbəri kimi fəaliyyət göstərib. O, həmçinin “Oxu-magiya” kitabının müəllifidir və müxtəlif media platformalarında iqtisadi, ictimai və sosial mövzularda analitik yazılarla çıxış edir.

Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr səviyyəsində, Timişoara Qərb Universitetində isə “Siyasi elmlər” ixtisası üzrə magistr səviyyəsində başa vuran Elşən Gəncəvi müxtəlif illərdə Milli Məclisə seçkilərdə də namizəd kimi iştirak edib.

Onun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, İstanbul şəhərində keçirilən “Altın Melek Ödülleri 2021” layihəsində “İlin ən uğurlu iş adamı”, “Turkey Exclusive Awards 2022” layihəsində “Azərbaycanın uğurlu iş adamı” və “Altın Melek Ödülleri 2025” layihəsində “İlin beynəlxalq ən uğurlu iş adamı” nominasiyaları üzrə mükafatlara layiq görülüb.

Qeyd edək ki, holdinqin adı Nizami Gəncəvi irsindən ilhamlanaraq seçilib və bu, milli-mənəvi dəyərlərə bağlılığın ifadəsi kimi dəyərləndirilir. Təsadüfi deyil ki, holdinqin təsis olunduğu 2021-ci il İlham Əliyev tərəfindən ölkədə “Nizami Gəncəvi ili” elan edilmişdi.

5 illik yubileyini qeyd edən “Ganjavi Holding” qarşıdakı dövrdə də fəaliyyət istiqamətlərini genişləndirməyi, innovativ yanaşmalar tətbiq etməyi və ölkənin iqtisadi, sosial və media mühitinə töhfə verməyi hədəfləyir.

Bənzər Xəbərlər

26.04.2026 - 01:02Ariz Əhədov

​Bazar günləri bəxti gətirən 5 bürc

25.04.2026 - 20:34Ariz Əhədov

“Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir

25.04.2026 - 19:31Ariz Əhədov

Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət: 150 min manat kimə verilib?

25.04.2026 - 19:24Ariz Əhədov

Dahi Sənətkarın İşığına Toplaşanlar: Musiqi və Elm Vəhdətdə

25.04.2026 - 18:40Ariz Əhədov

Trampdan sonra kim prezident olacaq? - Adlar

25.04.2026 - 18:30Ariz Əhədov

Bakıda iki nəfərin meyiti tapıldı

25.04.2026 - 18:00Ariz Əhədov

Polis əməliyyat keçirdi, 153 nəfər saxlanıldı

25.04.2026 - 16:30Ariz Əhədov

“Qarabağ” və “Neftçi”dən birgə - Bəyanat

25.04.2026 - 16:15Ariz Əhədov

“Bu gün 6 sənəd imzaladıq” - Zelenski

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 208

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 006

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 923

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 123
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.